Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal

Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medalAlbaniyanın paytaxtı Tiranada U-23 dünya dünya çempionatı davam edir.
KONKRET.az xəbər verir ki, yarışın ikinci günündə son 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.
Rəhman İmanov (57 kq) debütdə almaniyalı Niklas Şteleyə məğlub olub – 6:10
Zirəddin Bayramov (65 kq) 1/8 finalda moldovalı Pavel Qraupa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. Bayramov amerikalı Brok Hardidən də güclü olmaqla (14:11) adını yarımfinala yazdırıb. Zirəddin gürcüstanlı Qoqa Otinaşvilini də 5:1 hesabıyla üstələyərək finala yüksəlib. Şəmkir güləş məktəbinin yetirməsi həlledici görüşdə rusiyalı İbrahim İbrahimova 0:7 hesabıyla məğlub olub və yarışı gümüş medalla başa vurub.
Kənan Heybətov (70 kq) ilk mərhələdə rusiyalı İnalbek Şeriyevə uduzub – 3:13. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Heybətov tunisli Faruk Jelassi (11:0) və qazaxıstanlı Rodion Ançuqini (11:2) çətinlik çəkmədən üstələyib. Kənan bürünc medal uğrunda görüşdə amerikalı Duqlas Zapfa 9:2 hesabıyla qalib gəlib və dünya üçüncüsü olub.
Əşrəf Aşırov (79 kq) startda ermənistanlı Menua Yaribekyan üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz növbəti görüşləri isə bir nəfəsə keçib. Belə ki, Aşırov 1/8 finalda ispaniyalı Qabriel Ramosa (13:0), 1/4 finalda hindistanlı Saqar Jaqlana (10:0), yarımfinalda isə qazaxıstanlı Şamsat Tahirə (11:0) tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Əşrəf həlledici görüşdə rusiyalı Maqomed Maqomayevə 4:9 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.
Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medalSərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal

İdman       Tarix: 26 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar bugünki xəbərlər cəbhədən son xeber sou xeberler