Sergey Mixaylov və Mixail Qusman İlham Əliyevi təbrik etdilər

Sergey Mixaylov və Mixail Qusman İlham Əliyevi təbrik etdilərRusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. 
Prezident.az xəbər verir ki, təbrikdə deyilir:
"Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi və şəxsən mən Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Siz bir dəfə TASS İnformasiya Agentliyinə müsahibənizdə demişdiniz ki, insanlarla canlı ünsiyyət Sizə zamanın nəbzini tutmaq, insanları nəyin narahat etdiyini bilmək imkanı verir. Mənim fikrimcə, bu, Sizin siyasətinizin uğurunun əsas reseptlərindən biridir. İnsanların ehtiyaclarına həssas münasibət və bütün xalqın dəstəyi Azərbaycan cəmiyyətinə zamanın çağırışlarının öhdəsindən uğurla gəlməyə imkan verən ən mühüm amildir. Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən genişmiqyaslı layihələr respublikanın inkişaf vektorunu illərcə qabaqcadan müəyyən edir. Azərbaycanın uğurları, onun sosial-iqtisadi potensialının və beynəlxalq nüfuzunun möhkəmlənməsi Sizin bütün daxili resursları birləşdirmək, onları dövlətin mənafelərinin müdafiəsinə yönəltmək bacarığınızın nəticəsidir.
Ölkələrimizi sıx strateji tərəfdaşlıq münasibətləri bağlayır. Siz bu münasibətlərin möhkəmlənməsi üçün ciddi səy göstərirsiniz.
TASS Agentliyində bizim informasiya sahəsində əməkdaşlığımızın, o cümlədən dövlət kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirlər.
Ümidvaram ki, bu məsələlərdə səmərəli qarşılıqlı fəaliyyətimiz davam edəcək.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə təşəbbüslərinizdə yeni-yeni uğurlar arzu edirəm".
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman da Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 
Məktubda deyilir:
"Xahiş edirəm, doğum gününüz münasibətilə Rusiyanın TASS İnformasiya Agentliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.
Siz görkəmli siyasi xadim və Ali Baş Komandan olaraq Azərbaycanın mənafelərini ardıcıl surətdə və inamla müdafiə edir, vətəndaşlarınızın təhlükəsizliyini qoruyur, onların rifahını yüksəldirsiniz.
Uzun illər boyu ölkəni müdrikliklə və səmərəli idarə etməyiniz Azərbaycanın davamlı iqtisadiyyatını, qabaqcıl texnologiyalarını, güclü ordusunu, humanitar sahədə ciddi və parlaq nailiyyətlərini uğurla təmin edib.
Ölkə vətəndaşları sosial baxımdan yüksək səviyyədə qorunur və onlar gələcəyə inamla baxırlar.
İcazə verin, həyatınızın bu əlamətdar günündə Sizə uğurlar və nailiyyətlər, sevinc və xoşbəxtlik, ən başlıcası, möhkəm cansağlığı arzulayım.
Qoy Sizin bütün şəxsi və peşəkar planlarınız həyata keçsin.
Sizə və Azərbaycan Respublikasının xalqına xoş günlər və firavanlıq diləyirəm". / azxeber.com

Siyasi       Tarix: 26 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri son xeberler az bu gune olan xeberler son xeber 2026