Sərhədə gətirilən qüvvələr – Ermənistanın planı nədir?
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev açıqlamasında deyib ki, sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır:
"Prosesin iki dövlət arasında sülh, qarşılıqlı anlaşma şəraitində gedişatını nəzərə alaraq hesab edirik ki, artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. Bu missiyanın da fəaliyyətinə xitam verilməsinin zamanı yetişib".
KONKRET.azxəbər verir ki,artıq iki ölkə arasında razılaşmaların vasitəçisiz olduğunu nəzərə alsaq, Ermənistanla sərhəddə Avropa İttifaqının missiyasının fəaliyyətinə hələ də ehtiyac varmı?
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib ki, Avropa İttifaqının missiyasının sərhədboyu ərazilərdə fəaliyyətinə heç bir ehtiyac yoxdur:
"İttifaq belə bir missiyanın saxlanılmasına xərc çəkmək əvəzinə, xalqlar arasında sülhü möhkəmləndirmək üçün müəyyən tədbirlər təşkil edə bilər.
Xüsusən Ermənistan cəmiyyətində Azərbaycana qarşı aqressiv münasibətin azaldılması, ermənilərin qalıcı sülhə hazırlanmasına böyük ehtiyac var. Hesab edirəm ki, bundan əlavə Aİ Ermənistanda hökumət və qeyri-hökumət təşkilatları ilə müəyyən iş apara bilər. Bununla da daha sivil, daha konstruktiv şəkildə sülhə töhfələr verə bilər. Faktiki olaraq, Aİ-nin missiyasının lüzumsuz fəaliyyətinə çəkdiyi xərclə, Ermənistanda sivil dəyərlərin inkişafı üçün böyük işlər görmək olar"./Globalinfo.az
f PaylaşTurlar.az [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu
"Trendyol"da "Əfsanə günlər " başlayır