Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər?

Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər?Avqustun 15-dən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsinə start verməsi ilə əlaqədar "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.
Həmin vaxtdan etibarən "yaşıl" xətt üzrə hərəkət etmək istəyən sərnişinlər "28 May" və "Nizami" stansiyalarından çıxaraq, digər stansiyalar istiqamətində avtobuslarla hərəkət etməlidirlər.
Vətəndaşların fikrincə, hazırda metroda sıxlıq müşahidə edilməsə də, yeni tədris ili başlananda sərnişindaşımada çətinliklər yaranacaq, sıxlıq müşahidə ediləcək.
Maraqlıdır, bəs görəsən, sıxlığın həddən artıq çox olacağı təqdirdə distant təhsilə keçid edilə bilərmi?
azxeber.com xəbər verir ki, bununla bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev yeni tədris ilinin başlanması ilə Bakıda tələbə axını olacağını və sərnişindaşımada gərginlik yaranacağını bildirib:
"Bununla yanaşı, ölkəmizdə keçirilən "Formula-1" yarışlarını da nəzərə alsaq, sentyabr ayında kifayət qədər yüklənmə olacağı gözləniləndir. Bu kimi halın qarşısını almaq üçün bütün ali təhsil müəssisələrinin distanta keçməsi deyil, ali təhsil müəssisələrinin müəyyən ixtisasları üzrə distanta keçilməsi düşünülə, nəzərdən keçirilə bilər. Yəni humanitaryönümlü, praktiki işlər tələb olunmayan ixtisaslar üzrə distant təhsilə keçmək ümumi yükün azalmasına səbəb ola bilər".
Onun sözlərinə görə, ali təhsil müəssisələrinin pandemiya dövründən bəri distant təhsil sisteminə keçməklə bağlı təcrübələri var:
"Sıxlığın qarşısını almaq üçün ali təhsil müəssisələrində dərs günlərinin sayı azaldıla bilər. Yəni əyani və onlayn dərslərin qrafikləri tənzimlənərsə, həftədə iki dəfə olmaqla gün ərzində bir-iki dərs əyani formada, digər günlərdə distant formada təşkil oluna bilər. Habelə bəzi ixtisaslar ümumiyyətlə distanta keçə bilər və bununla da müvəqqəti olaraq bu sıxlığın qarşısını almaq mümkündür".

Sosial       Tarix: 20 avqust 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə

Təmir işləri ilə əlaqədar Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində 17 oktyabr saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq olunacaq

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri en son xəbərlər bugün bu gunun xeberleri haqqinda melumat sonxabar az