Sərnişindaşıma şirkətləri baş nazirə müraciət etdi

Sərnişindaşıma şirkətləri baş nazirə müraciət etdiBakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edib. 
azxeber.com unikal-a istinadən xəbər verir ki, məsələ ilə bağlı baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayan şirkətlər gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildirib:
"Tarif Şurasının 31.01.2023-cü il tarixdə keçirilən iclasında yeni tariflər təsdiq edilib və aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib.
Dəyişiklik nəticəsində yarana biləcək vəsaitin avtobus parklarının yenilənməsinə imkan yaradacağı, xidmətin keyfiyyətinin yüksələcəyi və dayanıqlılığa müsbət təsir göstərəcəyi proqnozlaşdırılırdı.
Lakin Tarif Şurasının bu qərarından sonra daşıyıcı şirkətlərə dizel yanacağına görə verilən subsidiya dayandırılıb. Belə ki, Nazirlər Kabinetinin 01.12.2021-ci il tarixli, 379 saylı qərarı ilə "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası" təsdiq edilib.
Sözügedən qaydanın 3.1-ci bəndinə əsasən subsidiya "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 04.04.2021-ci il tarixli qərarı qüvvəyə mindiyi tarixdən "İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə" Tarif (qiymət) Şurasının 30.07.2018-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir.
Tarif (qiymət) Şurasının 31.01.2023-cü il tarixində keçirilən iclasında da əvvəlki tariflər ləğv edildiyi üçün subsidiyanın verilməsi dayandırılıb".
Daşıyıcı şirkətlərin müraciətində bildirilir ki, subsidiyanın kəsilməsi sərnişindaşımada maya dəyəri yenidən yüksəldib və müsbət gözləntiləri minimuma endirib:
"Bakıda avtobuslarla sərnişindaşıma xidmətinin 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk. Nəzərə alınmalıdır ki, Bakı şəhərində ictimai nəqliyyatda dizel yanacağı ilə işləyən avtobus nəqliyyat vasitələrinin payı qaz yanacağı ilə işləyən avtobusların payından xeyli çoxdur.
Bundan başqa 3 ilə yaxın davam edən pandemiya sərnişindaşıma şirkətlərinə çox ciddi zərbə vurub, əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına və gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub.
Bundan əlavə qlobal bahalaşma səbəbindən avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtkü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 50 faizədək bahalaşıb".
Müraciətdə xatırladılıb ki, 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiyməti 33% bahalaşaraq, 80 qəpik müəyyən edilib: "Hazırki vəziyyətdə dizel yanacağına görə verilən subsidiyanın dayandırılması bu sektorda yenidən iqtisadi vəziyyətin ağırlaşmasına səbəb olmaqdadır. Bu hal iqtisadi vəziyyətimizin ağırlaşmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına gətirib çıxarır.
Nəticədə bazar reallığından aşağı olan gediş haqqı və subsidiyanın kəsilməsi şirkətləri ciddi maliyyə itkilərinə məruz qoymaqla, borclanmanı daha da artıracaq və fəaliyyət imkanlarımız risk altına salacaq.
Nəzərə alınmalıdır ki, nəqliyyatın inkişafı təkcə yük və sərnişin daşıma əməliyyatını yerinə yetirmir, eyni zamanda, minlərlə əhalinin nəqliyyat sahəsində işlə təmin edilməsində, əhalinin məskunlaşmasında vacib iqtisadi əhəmiyyət kəsb edir.
Bu gün paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişindaşıma xidməti çox ciddi iqtisadi və texniki böhranlar yaşayır".
Qeyd edək ki, metro və dəmir yolu dövlət tərəfindən əlavə maddi dəstək alır.

Sosial       Tarix: 11 may 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri hava proqnozu son xeberler bu gun son.xabar