Sərxoş ata gecəyarısı dəhşət saçdı: Qızını təpiklədi

Sərxoş ata gecəyarısı dəhşət saçdı: Qızını təpiklədiBakının Qaradağ rayonunda 1980-ci il təvəllüdlü Əlvan ailə münaqişəsi zəminində qızı Vüsaləyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 10-da baş verib. Əlvan həmin gün gecə saat 01:00-da yaşadıqları evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı təpiklə qızı Vüsalənin sağ baldır nahiyəsinə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əlvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 10-da, təxminən gecə saat 01:00-da sərxoş vəziyyətdə yaşadığı evə gələn zaman qızı Vüsalənin evdə tək olduğunu görüb: "Vüsalədən anasının harada olduğunu soruşdum. Həmin vaxt Vüsalə mənə kobud cavab verdiyi üçün əsəbiləşərək təpiklə bir dəfə onun sağ ayağına vurdum. Vüsalə də bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdi. Mən daha sonra isə evdən getdim".
Təqsirləndirilən şəxs daha sonra bildirib ki, mübahisə zamanı evdə Vüsalə ilə ondan başqa kimsə olmayıb, hadisənin şahidi olmayıb. O, həmçinin Vüsalənin ona kobud cavab verdiyi üçün vurduğunu bildirib. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, rəsmi heç bir yerdə işləməməklə maddi durumunun aşağı olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alınmasını xahiş edib.
İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, aprelin 10-da gecə saat 01:00-da yaşadığı evdə olan zaman atası Əlvan sərxoş vəziyyətdə evə gəlib: "Atam məndən anamın harada olduğunu soruşdu. Atama anamın nənəmgilə getdiyini bildirsəm də, atası sərxoş olduğu üçün bir neçə dəfə təkrar olaraq anamın hara getdiyini soruşdu. Mən də əsəbiləşərək atama kobud cavab verdim. Kobud cavab verməyimə görə atam bir dəfə təpiklə sağ ayağımdan vurdu. Mən də baş vermiş mübahisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdim".
Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əlvan 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Bakı şəhəri, Qaradağ rayonundakı ünvanı hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılıb. / azxeber.com

Sosial       Tarix: 09 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

17 yaşlı Zeynəb Xudiyeva qəfil ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb 8 il əvvəl anasını, üç ay əvvəl isə atasını itirib. Valideynlərinin vəfatından sonra qohumlarının himayəsində yaşayan gən

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Bu dövlət müəssisələri ləğv oluna bilər - Hesablama Palatasından milyardlıq xəbərdarlıq

Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə artıq vergi ödənişlərinin məbləği artıb. xəbər verir ki, bu məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanu

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məktəb və uşa

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər maraqlı xəbərlər en sonxeber valyuta mezennesi 2026