Səudiyyəlilər Neymarı necə şirnikləndirdi? - Qanunlara rağmən futbolçuya olunan güzəştlər
Dünyanın ən yaxşı futbolçularından biri olan Neymar PSJ-dən "Əl-Hilal"a keçib.
KONKRET.az xəbər verir ki, bu barədə "RBC Sport" yazır.
Bildirilir ki, transfer xatirinə səudiyyəlilər qanunlara rəğmən futbolçuya sevgilisi ilə yaşamağa icazə verib. Onu, həmçinin təyyarə və qulluqçularla təmin ediblər.
Bundan əlavə, klub Neymarı şəxsi təyyarə ilə təmin edəcək. Futbolçu Əl-Hilal rəhbərliyindən özü üçün üç dəbdəbəli avtomobil, ətrafı üçün dörd "Mercedes G Wagon" və sürücüsü ilə birlikdə "Mercedes" mikroavtobusu istəyib. Məlumata görə, superkarların siyahısına Bentley Continental GP, Aston Martin DBX və Lamborghini Huracan daxildir. Neymar həmçinin evindəki soyuducunun həmişə acai suyu və quarana içkiləri ilə doldurulmasını istəyib.
Qeyd edək ki, razılaşma Neymarı klubla illik müqavilənin məbləğinə görə dünyada birinci yerə çıxaracaq. Cəmi iki mövsüm ərzində braziliyalı 320 milyon avro qazanacaq.O, daha 100 milyon avronu bonuslar və reklam müqavilələri şəklində əldə edə bilər. Bu maaş Kriştiano Ronaldonun "Əl Nəsr"də aldığı maaşdan 400 milyon avro azdır.
Komandanın hər qələbəsinə görə Neymar əlavə olaraq 80 000 avro alacaq.O, Səudiyyə Ərəbistanının imicini təbliğ edən hər bir sosial şəbəkə paylaşımına görə daha 500 000 avro əldə edəcək.
Neymar kluba keçməkdə əsas amil kimi pulun adını çəkmir. Onun sözlərinə görə, yay transferlərindən sonra rəqabətədavamlılaşan Səudiyyə Ərəbistanı çempionatının böyüməsinə kömək etmək üçün kluba keçib.
Burhan,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi