Seyidrəsul Nuranəni öldürdükdən sonra 3 gün heç kimin xəbəri olmayıb – YENİ DETALLAR

Seyidrəsul Nuranəni öldürdükdən sonra 3 gün heç kimin xəbəri olmayıb – YENİ DETALLAR"Gəlinim mart ayından sonra evə gəlməyib".
KONKRET.az xəbər verir ki, bunu Sabirabadda 16 yaşlı gəlini qətlə yetirməkdə təqsirləndirilən Seyidrəsul Talıbzadənin atası Mirmövsüm Talıbov Oxu.Az-a hadisə ilə bağlı danışarkən bildirib.
M.Talıbovun sözlərinə görə, bir il əvvəl qızla oğlan tanış olub və bir-birini seviblər:
"Bu barədə hər iki tərəf məlumatlı idi. Bir gün oğlum qızla birlikdə gəldi, dedi ki, götürüb qaçmışam. Qızın anası, xalası və nənəsi gəldilər. Dedim ki, soruşun görün, qız getmək istəyir? Qızdan soruşdular, qız dedi ki, getmirəm, mən oğlanı sevirəm. Mən də dedim: Allah mübarək eləsin. Razılaşdıq, evləndilər. Bu vaxta qədər oğlanla qız arasında ciddi problem olmayıb. Hər ailədə xırda söz-söhbət olur, bunlarda da arada olurdu".
M.Talıbov əlavə edib ki, qız mart ayında anasını çağırıb:
"Anası xalası ilə gəldi, dedilər ki, dolana bilmirlər, aparaq. Qızı da götürüb getdilər. Mart ayından sonra qız geri qayıtmayıb".
Atanın sözlərinə görə, bir neçə gün əvvəl oğlu ondan 20 manat pul istəyib:
"Dedi ki, işə gedir. Mən də verdim. Axşam evə qayıtdı, səhər tezdən yenə getdi. Sən demə, polisə təslim olmağa gedibmiş. Dünən günorta mənə xəbər verdilər ki, polis çağırır. Getdim, dedilər ki, oğlun arvadını öldürüb, təslim olub. Biz də bundan sonra bildik ki, qızı 3 gün əvvəl öldürüb".
Gəlinin bir həftə əvvəl ata evindən qayıtması barədə yayılan məlumatlara gəlincə, M.Talıbov bunu təkzib edib:
"Atası da mənim kimi şokdadır, nə danışdığını bilmir. Qızın atası anasından boşanmışdı, başqa ailəsi də var. O qadından da iki uşağı var. Qız atası ilə yox, anası ilə yaşayırdı. Seyidrəsul da qızı anasının yanından qaçırıb".
M.Talıbov bildirib ki, oğlu hazırda Sabirabad Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindədir:
"Heç kim belə hadisənin olmasını istəməzdi. Niyə olub, nə səbəbə olub, biz də bilmirik. Öz aralarında olan məsələdir. Oğlum məndən pulu alıb gedəndən sonra xəbər yayıldı. Gedib gördüm ki, camaat Kürün qırağına yığışıb. Onda bildik ki, gəlini oğlum öldürüb və Kür çayına atıb".

Hadisə       Tarix: 22 may 2025
f Paylaş

Oxşar xəbərlər

Oğuzda meşədə yanmış meyit tapıldı

Oğuz rayonunda meşədə meyit tapılıb. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə oktyabrın 31-də səhər saatlarinda Oğuz şəhəri ərazisində baş verib. 1965-ci il təvəllüdlü Aqil Rəsulovun yanmış meyiti şəhərin meşəli

Beyləqanda usta faciəvi şəkildə öldü

Beyləqanda 27 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürülüb. xəbər verir ki, Mil qəsəbəsinin ərazisində yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 199-cu il təvəllüdlü Rəhman Mənsur oğlu Hacızadən

Zərdüşt Əlizadənin bacısı vəfat etdi

Filologiya elmləri namizədi, Bakı Dövlət Universitetinin dosenti Nüşabə Əlizadə vəfat edib. xəbər verir ki, bu barədə -a verilən məlumatda qeyd olunub. Qeyd edək ki, Nüşabə Əlizadə politoloq Zərdüşt Əlizadə və mərhum sabi

İmişlidə yol qəzası oldu, ölənlər var

İmişli rayonunda yük və minik avtomobilləri toqquşub. KONKRET.azazərtac-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı

Şirvan Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kəsirə Cəfərovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . KONKRET. -a istinadən xəbər verir ki, sonuncu keçirilə

Şəhid Əli Heydərovun atası vəfat etdi

Abşeronda şəhid atası vəfat edib. KONKRET.azxəbər verir ki, şəhid Əli Heydərovun atası İntiqam Heydərov dünyasını dəyişib. Qeyd edək ki, Əli Heydərov 1997-ci il mayın 10-da Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. 

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıd

Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA

Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı törədilmiş zorakılıqla bağlı açıqlama yayıb. KONKRET.azhəmin açıqlamanı təqdim edir:. "APA TV-nin müxbiri Sənan Bəhrəmlini

Məşhur aktrisa vəfat etdi

Məşhur sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib. xəbər verir ki, aktrisa 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də Leninqradda anadan olub. O


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün son xeber.az novruz bayramı cebheden xeber