Sezen Aksu azərbaycanlı pərəstişkarını məhkəməyə verdi - FOTO
Sezen Aksu azərbaycanlı pərəstişkarını məhkəməyə verdi - FOTO
Məşhur türkiyəli müğənni Sezen Aksu azərbaycanlı pərəstişkarını məhkəməyə verib.
Pərəstişkarı müğənnini qorxudub.
Belə ki, gecə saatlarında Sezen Aksunun Beykozda yerləşən dənizkənarı malikanəsində qapının zəngi çalınıb. Qapını açan mühafizəçi qarşısında 47 yaşlı Azərbaycan əsilli qadını görüb. "Sezen xanımla görüşmək istəyirəm", - deyə qadın bildirib. Mühafizəçi saatın gec olduğunu deyib və ona icazə verməyib. Qadın mühafizəçini itələyərək evin həyətinə daxil olub. "Sizi öldürərəm. Rədd ol, get. Sezen xanımı öldürməkmi istəyirsiniz? Burada onu həbsdə saxlayırsınız. Heç kimlə görüşməsinə imkan vermirsiniz", - deyə qadın təhdid edib. Hadisənin şahidi olan mühafizəçi qadına qarşı şikayət ərizəsi verib.
Həmçinin qadından şikayətçi olan Sezen Aksu da bununla bağlı ifadə verib. "Bu şəxs mart, may, iyul və oktyabr aylarında 4 dəfə evimə gəlib, qapını güclə açıb, təhlükəsizliyimə təhdid yaradıb və təhqir edərək məni narahat edib. 2022-ci ilin oktyabrında o, içəriyə daxil olmağa cəhd edib. Bir dəfə evimin estakadasına yaxınlaşaraq körpüyə ziyan vuracaq şəkildə dağıntılara səbəb olub. Lakin o zaman pərəstişkarım hesab etdiyim üçün şikayət etməmişdim. Bu mərhələdə narahatlıq səviyyəsi artdığı üçün şikayətçiyəm", - deyə o, ifadəsində qeyd edib.




Mənbə: ABC gazetesi / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var