Sifariş etdiyi taksi sürücüsünün telefonlarını oğurlayan şəxs TUTULDU

Sifariş etdiyi taksi sürücüsünün telefonlarını oğurlayan şəxs TUTULDUSifariş etdiyi taksinin sürücüsünün telefonlarını oğurlayan şəxs saxlanılıb.
DİN-dən KONKRET.az-a verilən məlumata görə, Bakı şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olan K.Zərbiyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək sərnişin kimi rayona gətirdiyi naməlum şəxsin oteldə onun diqqətinin yayınmasından istifadə edərək ümumi dəyəri 1710 manat olan 2 ədəd telefonu oğurladığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini Əfruz Əliyev 3 ay sonra müəyyən edilərək saxlanılıb .Araşdırmalarla məlum olub ki, paytaxtdan taksi ilə Lənkərana gələn Ə.Əliyev rayona çatdıqdan sonra sürücünün mobil telefonlarını oğurlayaraq oradan uzaqlaşıb. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının həmin şəxsin ətrafında apardıqları əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin rayon ərazisindəki digər oğurluqlarının da üstü açılıb. Belə ki, Ə.Əliyevin Lənkəran rayonu ərazisində yerləşən 3 yaşayış evindən ümumilikdə 10 min 330 manat dəyərində pul və qızıl zinət-əşyaları oğurladığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin Bakı şəhəri ərazisində də çoxsaylı oğurluqlar etdiyi məlum olub. Ə.Əliyevin analoji əməllərinin digər zərərçəkənlər varsa polisə müraciət etmələri xahiş olunur.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə daha bir oğurluğun üstü açılıb. Belə ki, ötən ilin noyabr ayında rayon ərazisindəki evlərdən birindən 15000 manat pul oğurlayan Zaur Əliyev müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Hadisə       Tarix: 13 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun en son xeber bugünkü son xəbərlər sonxeber az