Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor.
Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir, orta səviyyəli menecerlər öz aralarında müzakirə edirlər. Amma baş direktorun masasına qoyulanhesabatlarda hər şey qaydasındadır. Ən yaxşı halda, müəyyən "kiçik çətinliklərin"olduğu qeyd edilir.
Problem böyüyübböhrana çevriləndə isə rəhbər təəccüblənir: "Niyə mənə vaxtında deməmisiniz?" Əslində,bu sualı bir qədər fərqli vermək lazımdır: "Niyə insanlar mənə pis xəbəridemək istəməyiblər?"
Pis xəbəri gətirənadam niyə sevilmir?
Bir çox şirkətdəyazılmamış qaydalar var. Onlardan biri də budur: rəhbərin əhvalını pozma. Əgər əməkdaşproblem haqqında danışanda danlanırsa, səhv barədə məlumat verəndə günahkaraxtarılırsa, yaxud rəhbər hər xoşagəlməz xəbərə əsəbi reaksiya verirsə, get-gedəişçilər susmağı öyrənirlər.
Heç kim bilə-biləözünü çətin vəziyyətə salmaq istəmir. Belə mühitdə orta səviyyəli rəhbərlər məlumatıyuxarı ötürməzdən əvvəl onu yumşaldırlar. "Satış planı yerinə yetirilməyib" əvəzinə"bazarda müəyyən çətinliklər var" yazılır. "Müştərilər narazıdır" əvəzinə "bəzimüraciətlər daxil olub" deyilir.
Məlumat bir neçəmenecer "ələyindən" keçəndən sonra isə ilkin problemdən əsər-əlamət qalmır. Nəticədərəhbərlik real şirkəti deyil, ona təqdim olunan mənzərəni – "xəyali şirkəti"idarə etməyə başlayır.
Bəzən rəhbərinətrafında görünməz divar yaranır
Xüsusilə böyükşirkətlərdə CEO ilə sıravi əməkdaş arasında bir neçə idarəetmə pilləsi olur.Bu, normaldır. Ancaq həmin pillələr informasiya ötürmək əvəzinə onu süzgəcdənkeçirməyə başlayanda ciddi problem yaranır.
Bəzi menecerlərpis xəbəri yuxarı ötürməyi öz idarəetmə bacarıqlarının zəifliyi kimi qəbuledirlər. Düşünürlər ki, rəhbər problemi eşitsə, onların işinin öhdəsindən gəlmədiyinifikirləşəcək. Bir qismi isə problemi özləri həll edəcəklərinə ümid edərək məlumatıgecikdirirlər.
Beləcə, şirkətdəqəribə vəziyyət yaranır: pis xəbəri gizlətmək problemi həll etməkdən daha təhlükəsizgörünür.
Əməkdaşlarniyə susurlar?
Təxminən 20illik fəaliyyətimdə müşahidə etdiyim mühüm məsələlərdən biri budur: təşkilatdainformasiyanın hərəkəti yalnız qaydalardan asılı deyil. İnsanların bir-birinə nəqədər etibar etməsi də həlledici rol oynayır. Amma istənilən yanaşmanınpraktikada işləməsi üçün bir şərt vacibdir: insanlar danışmağın onlara zərərverməyəcəyinə inanmalıdırlar.
Əgər əməkdaş rəhbərinqərarına etiraz etdiyinə görə kənarlaşdırılacağını düşünürsə, o, susacaq.Əgərmenecer problemi vaxtında bildirdiyinə görə cəzalandırılacağını gözləyirsə, məlumatıgizlətməyə çalışacaq. Əgər iclaslarda yalnız rəhbərin fikrini təsdiqləyənlərdanışırsa, bir müddət sonra fərqli fikirlər ümumiyyətlə səslənməyəcək.
Bu isə şirkətüçün təhlükəli vəziyyətdir. Çünki hamının rəhbərlə razılaşdığı təşkilatda heç dəhər şeyin yaxşı getdiyini düşünmək olmaz.
CEO həqiqətinecə öyrənə bilər?
Bunun üçün hərgün bütün şöbələrdən əlavə hesabat tələb etmək kifayət deyil. Hətta bəzənhesabatların çoxluğu problemi daha da gizlədir. Əsas məsələ elə idarəetmə vəkommunikasiya mühiti yaratmaqdır ki, pis xəbər vaxtında və təhrif edilmədən rəhbərliyəçatsın. Bunun üçün isə bir neçə prinsip vacibdir.
Birincisi,problem haqqında məlumat verən adamla problemi yaradan adamı eyniləşdirməkolmaz.
İkincisi, rəhbərxoşagəlməz məlumatı eşidəndə ilk reaksiyasına diqqət etməlidir. Çünki bir dəfəhamının qarşısında danlanan əməkdaş növbəti dəfə susmağa üstünlük verə bilər.
Üçüncüsü, şirkətdəyalnız yuxarıdan aşağı deyil, aşağıdan yuxarı kommunikasiya da işləməlidir. Əməkdaşlarınfikrini öyrənmək, narazılıqları dinləmək və problemləri rəhbərliyə çatdırmaqüçün real mexanizmlər olmalıdır.
Dördüncüsü,kommunikasiya və HR funksiyaları yalnız elanlar hazırlamaq, tədbirlər keçirməkvə əməkdaş məmnuniyyəti sorğuları aparmaqla kifayətlənməməlidir. Onlar təşkilatdakıinformasiya boşluqlarını, etimad problemlərini və gizli narazılıqları vaxtındamüəyyənləşdirməyə kömək etməlidirlər.
Ən təhlükəlixəbər – eşidilməyən xəbərdir
Şirkətin uğurluidarə olunması üçün rəhbərin hər şeyi bilməsi mümkün deyil. Amma vacib problemlərivaxtında öyrənməsi mümkündür və zəruridir. Bəzən bir əməkdaşın vaxtında söylədiyinarahatlıq şirkəti böyük maliyyə itkisindən, müştəri itkisindən və yareputasiya böhranından qoruya bilər. Buna görə də rəhbərlər yalnız yaxşı nəticələrgətirən əməkdaşları deyil, problemləri vaxtında üzə çıxaran insanları da qiymətləndirməlidirlər.
Şirkətdə pis xəbərlərinrəhbərliyə gec çatması həmişə əməkdaşların səhlənkarlığı deyil. Bəzən bu, rəhbərliyinillər ərzində yaratdığı idarəetmə və kommunikasiya mühitinin nəticəsidir. Vəbaş direktor üçün ən təhlükəli vəziyyət şirkətdə problemlərin olması deyil.
Ən təhlükəlisiodur ki, problemlər var, hamı bilir, amma heç kim ona deməyə cəsarət etmir.
Vüqar Baba (Strateji kommunikasiya eksperti) / azxeber.com

İqtisadiyyat       Tarix: 23 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi

Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. xəbər verir ki, bununla bağlı Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, yen

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama

Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə müəyyən edilən yeni xidmət haqqı tariflərinin vətəndaşlara aid olub-olmaması məsələsi müzakirə yaradıb. Məsələnin aktuallığını nəzərə alaraq Mərkəzi Bankla (AMB

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler ensonxeberler bugünkü son xəbərlər son xeberler azerbaycan son xeberler bugun 2026 azerbaycan