Şirvanın tarixi körpüsünü kimlər sökür?
"44 günlük müharibədə tarix yazan insanlar gördük. Sən demə, hələ də tarixə qənim kəsilən, tarixi sökən, dağıdan, yağmalayan, onu yerlə bir edən "insanlar" da var".
azxeber.com bildirir ki, bunu ictimai fəal Yusif Poladov deyib.
O qeyd edib ki, əgər sözügedən "insanlar" olmasaydı, bu gün yüz ilin sınağından çıxan, Şirvanın rəmzinə çevrilmiş tariximiz parçalanıb zibilliyə atılmaz, su qiymətinə metalloma satılmazdı:
"Burda bizim uşaqlığımız keçib. Bizim üçün dəyəri tamam fərqlidir. Kür çayı üzərində inşa edilən bu körpü memarlığı baxımından gözəlliyi ilə adamı heyran edirdi. Hətta biz dostlarla Şirvanın "Golden Gate"i deyə adlandırırdıq. Fiziki ömrünü başa vuran bir əsrlik tarixi olan dəmir yolu körpüsünü məhv etmək lazım idimi? Məncə yox. Alternativ nəsə fikirləşə bilərdilər".
Y.Poladov qeyd edib ki, həmin dəmir yolu körpüsünü memarlıq abidəsi kimi saxlaya bilərdilər: "Lakin onlar məhv etməyi seçdilər. Qeyd edim ki, "Son İclas" filminin bəzi çəkilişləri məhz bu tarixi körpüdə gerçəkləşib. Qurub yaratmaqla arası olmayan adamlar iş başında olanda nə dəyər qalar, nə də ki, tarix. Əfsuslar olsun ki, belə oldu".


Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var