Sıxılmış qazla işləyən avtonəqliyyat vasitələri havanı daha az çirkləndirir
Sıxılmış qazla işləyən avtonəqliyyat vasitələri havanı daha az çirkləndirir
Hazırda havanı daha çox çirkləndirən mənbələrdən biri avtonəqliyyat vasitələridir. Avtonəqliyyat ətraf mühitə olduqca mənfi təsir göstərir. İqtisadiyyat inkişaf etdikcə, şəhərlər böyüdükcə nəqliyyat vasitələrinin çoxalması problemi kəskin hal alır. Bu nəqliyyat vasitələrinin çoxalması nəticəsində küçələrdə yaranan tıxaclar atmosfer havasında dayanıqlı çirklənməyə səbəb olur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib ki, ölkənin atmosfer havasına avtonəqliyyatdan atılan çirkləndiricilərin miqdarı 1993-cü illə müqayisədə iki dəfəyədək artıb.
"Aparılmış hesablamalar nəticəsində məlum olub ki, eyni miqdarda benzin və dizelin yandırılması zamanı, dizel yanacağında atmosferə atılan çirkləndiricilərin miqdarı dəfələrlə çoxdur".
V.Əliyevin sözlərinə görə avtonəqliyyatdan istifadə zamanı bir ton benzin yandıqda havaya azot-4 oksid 20 kq, kükürd qazı 1.6 kq, karbohidrogenlər 34 kq, bərk hissəciklər (his, qurum) 2 kq, aldehidlər (üzvü turşular) 1.4 kq atılırsa,bir ton dizel yandıqda isə havaya azot-4 oksid 33 kq, kükürd qazı və aldehidlər altı kq, karbohidrogenlər 20 kq, bərk hissəciklər 16 kq atılır.
Xidmət rəsmisi onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən "Baku Bus" şirkətinin istifadə etdiyi sərnişindaşıma vasitələrində sıxılmış qazdan istifadə edilməsi təqdirəlayiqdir. Belə ki, bu yanacağın yandırılması zamanı atmosfer havası digər yanacaq növləri ilə müqayisədə daha az çirklənir. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var