Slovakiya Prezidenti Azərbaycan liderini təbrik etdi
Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
azxeber.com xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.
Şadam ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər uzunmüddətli dostluq xarakteri daşıyır və ümumi maraqların yeni sahələrinə doğru genişlənir.
Əminəm ki, qarşılıqlı əməkdaşlığımız ölkələrimizin vətəndaşlarının rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.
Bizim əsas dəyərlərimiz demokratiya, qanunun aliliyi, insan hüquqları və çoxtərəflilik, eləcə də davamlı gələcək naminə sabitlik, firavanlıq və həmrəylikdir.
Hörmətli cənab Prezident, Sizə, həmçinin bütün Azərbaycan vətəndaşlarına möhkəm cansağlığı, əmin-amanlıq, sabitlik, firavanlıq və uğurlu inkişaf arzulayıram".

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var