Sobçakın holdinqinin direktoru həbs edildi
Moskva Məhkəməsi Kseniya Sobçakın "Diqqət, media" şirkətinin kommersiya direktoru Kirill Suxanovu xüsusilə böyük məbləğdə hədə-qorxu ilə tələb etmə ittihamı ilə yeddi il yarım müddətinə və cəzasını ciddi rejimli koloniyada çəkmək şərtilə həbs edib.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, digər iki təqsirləndirilən şəxs – "Tatler" jurnalının rus versiyasının keçmiş baş redaktoru Arian Romanovski və keçmiş "Life" jurnalisti Tamerlan Biqayev də cəzalarını ciddi rejimli koloniyada çəkmək şərtilə 7 il cəza alıb.
Qeyd edək ki, prokuror onlara 7 il yarım, Suxanova isə 8 il həbs cəzası istəyib.
İş "Rostec" dövlət korporasiyasının rəhbəri Sergey Çemezovun müraciəti əsasında başlanıb.
Müstəntiqlərin fikrincə, Suxanov Çemezovdan "Lights Out" teleqram kanalında onun haqqında mənfi materialları sildiyi üçün 11 milyon rubl tələb edib. Biqayev bu kanalın administratoru idi və Romanovski bunun üçün materiallar hazırlamışdı.
Hökmü həmkarlarına şərh edən Sobçak teleqram kanalında yazıb: "Sözüm yoxdur. Bu, sadəcə olaraq ədalətsizlik deyil". Bu, daha artığıdır. Mən hər şeyi, bütün razılaşmaları yerinə yetirdim ki, yüngülləşdirmə olsun. Niyə insanlara əzab yaşadırsınız? Nəyə görə 7,5 il? Sadəcə qisas almaq üçünmü?"
Rəsmiyyə Şərifova,
KONKRET.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu