"SOCAR-ın törəmə şirkəti istədiyi qiyməti diqtə edir" – Premium markalı benzin niyə bahalaşdı? - AÇIQLAMA

Azərbaycanda premium markalı benzinin qiymətinin 2 manata qədər yüksəlməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Onsuz da digər sahələrdə də müşahidə olunan bahalaşma fonunda qiymət artımının insanların büdcəsinə ciddi təsir göstərəcəyi şübhəsizdir.
Bəs Ai-95 markalı benzinin qiyməti niyə artdı?
KONKRET.az mövzunu iqtisadçı ekspert Natiq Cəfərli ilə müzakirə edib. Ekspert bildirib ki,  Azərbaycan neft ölkəsi olmasına baxmayaraq hökumətin sərt siyasəti nəticəsində normal keyfiyyətli benzin istehsal edən zavod tikə bilməyib. Azərbaycan rəsmilərinin açıqlamalarına görə dünyada gedən proseslər və neftin qiymətinin artması səbəbindən Ai-95 markalı benzinin qiyməti artıb: "Premium markalı benzin xaricdən alınır. Yəni bu benzin növündə dünyadan asılıyıq. Dünyada isə qiymətlər həqiqətən də dəyişib. Bunu bəhanə edərək Azərbaycanda da qiymətlərin artırılması ilə bağlı qərar verildi. Doğrudur, bu növ benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Bir neçə il öncə premium markalı benzin Tarif Şurasının siyahısından çıxarılıb. Amma o zaman rəsmi açıqlama verildi ki, rəqabətli mühitdə bir neçə şirkətin ölkəyə benzin gətirməsi üçün şərait yaradılacaq və qiymət formalaşacaq. Yəni hökumət bu işə qarışmayacaq. Amma bu, baş vermədi. Şirkətlərin ölkəyə benzin gətirməsinə şərait yaradılmadı. Yalnız SOCAR-ın törəmə şirkəti ölkəyə benzin gətirir və qiyməti də o diqtə edir. Rəqabətli mühit yaransa və müxtəlif ölkələrdən şirkətlərin benzin gətirmək imkanı olsa idi, bu zaman rəqabətli şəraitdə qiymətin formalaşmasını görə bilərdik".
Natiq Cəfərli əlavə edib ki, dövlət bu məsələdə özünü sanki kənara çəkib: "Amma məsələ ondan ibarətdir ki, qiyməti yenə də dövlət şirkəti tənzimləyir. SOCAR-ın törəmə şirkəti istədiyi qiyməti diqtə edə bilir. Formal olaraq qiymətə dövlət nəzarət etmir. Hökumət qiyməti bazar mühitinin tənzimlədiyini açıqlayır. Amma bazar mövcud deyil və rəqabət yoxdur. Problem məhz bundadır".
İqtisadçının sözlərinə görə, premium markalı benzinlə bağlı illər öncə qiymətin ucuzlaşması halı yaşanıb: "Xatırlayırsınızsa neftin qiyməti kəskin düşəndə Ai-95 markalı benzinin qiyməti 1,40-dan, 1,10 AZN-ə enmişdi. Ümid edək ki, bu hal bir daha təkrarlanacaq" – Natiq Cəfərli fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Sosial       Tarix: 13 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler beynelxalq bank mezenne xəbər az xəbər.az