ŞOK: Paşinyan KTMT katibini qəbul etməkdən imtina etdi

ŞOK: Paşinyan KTMT katibini qəbul etməkdən imtina etdiNoyabrın 23-də Minskdə keçirilən KTMT sammitindən sonra Belarusun xarici işlər naziri Sergey Aleynik bəyan etdi ki, sammitdən sonra KTMT Baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edəcək və sammit zamanı qəbul olunmuş qərarları Ermənistana gətirəcək ki, Ermənistan da onları imzalasın. Sammitin başa çatmasından bir həftədən çox vaxt keçsə də, Tasmaqambetov Ermənistana səfər etməyib. Əldə etdiyimiz məlumata görə, Ermənistan hakimiyyəti Tasmaqambetovla görüşmək niyyətində deyil.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni ekspert Avetis Babacanyan qeyd edib.
O bildirib ki, KTMT-yə üzv dövlətlər, ümumiyyətlə, çıxılmaz vəziyyətə düşüblər:
"Bu da Ermənistanın mövqeyi ilə bağlıdır. Bir tərəfdən KTMT-nin nizamnaməsində üzv dövlətin çıxarılması proseduru nəzərdə tutulmayıb, çünki Ermənistan KTMT-nin həmtəsisçisidir, məsələn, Rusiya kimi, digər tərəfdən Ermənistan KTMT-dən çıxa bilər, amma bunu etmir, ancaq təşkilatın fəaliyyətini boykot edir.
KTMT-də qərarlar konsensusla qəbul edilir. İndi KTMT-nin Belarusda keçirilən sammitində Ermənistanın razılıq vermədiyi, imzalamadığı qərarlar qəbul edildi. KTMT bu məsələni başqa cür həll etmək qərarına gəlib: Tasmaqambetov həmin sənədlər paketini Ermənistana gətirəcək, Nikol Paşinyan isə Ermənistanda imzalayacaq və onlar qanuni qüvvəyə minəcək. Amma Paşinyan Tasmaqambetovu qəbul etməkdən imtina edirsə, bu o deməkdir ki, o, həmin sənədləri imzalamağa hazırlaşmır, bununla da nəinki həmin konkret sənədləri, ümumiyyətlə, strukturu qeyri-legitimləşdirir. Ermənistan hakimiyyətinin bu cür davranışının səbəbi nədir?
Əvvəldən belə bir fikir var idi ki, Nikol Paşinyan Ermənistanı KTMT-dən çıxarmaq məsuliyyətini öz üzərinə götürmək istəmir və Ermənistanla bağlı KTMT-də hansısa qərar qəbul etmək istəyir".
Onun sözlərinə görə, Paşinyan Ermənistanı daha təhlükəli oyuna sürükləyir, o, KTMT-ni legitimlikdən çıxarmaq, gülüş obyektinə çevirmək üçün hər şeyi edir:
"NATO-Rusiya qarşıdurmasının indiki mərhələsində Paşinyan Rusiyanın nə qədər qeyri-ciddi və nüfuzsuz olduğunu, onun rəhbərlik etdiyi blokun hətta hüquqi qərarlar qəbul etmək iqtidarında olmadığını, həmin blokun üzvlərinin də o bloka qarşı çıxdığını öz davranışı ilə göstərir.
Belə bir şəraitdə Rusiyanın Ermənistana qarşı siyasətini günü-gündən sərtləşdirməsi qəribə deyil, baxmayaraq ki, açıq iqtisadi müharibə elan etmir. Rusiya və ölkə rəhbərliyi Nikol Paşinyanın dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək Aİİ və MDB liderlərinin qeyri-rəsmi toplantısında iştirak edəcəyinə ümid edir. Rusiya Prezidentinin müşaviri Yuri Uşakov hətta İrəvandan Paşinyanın onlarda iştirak edə biləcəyi ilə bağlı müsbət siqnallar aldıqlarını bildirib. Amma Paşinyanın açıq antirusiya siyasəti onun Rusiyaya getməyəcəyinə heç bir şübhə yeri qoymur, çünki onun nə Rusiya hökumətinə, nə də Aİİ üzvü olan ölkələrə deyəcək sözü var. Məsələn, Rusiya prezidenti Ermənistan hakimiyyətinin bu cür açıq-aşkar antirusiya davranışının səbəbini soruşanda, nə cavab verməlidir və ya Rusiya hakimiyyəti Ermənistandan KTMT-dən çıxdığını elan etməyi tələb edərsə, nə cavab verəcək?" Axar.az

Siyasi       Tarix: 02 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber son.xabar en son xeberler bu gun son xeber.az