SON DƏQİQƏ: Azərbaycanda benzin bahalaşa bilər

SON DƏQİQƏ: Azərbaycanda benzin bahalaşa bilərDünya bazarında enerji daşıyıcılarının qiymətində müşahidə olunan artım və region ölkələrində yanacağın bahalaşması Azərbaycanda da benzin qiymətlərinin artırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Son aylarda beynəlxalq neft bazarındakı dalğalanmalar fonunda vətəndaşları maraqlandıran əsas sual isə budur: Azərbaycanda benzinin qiyməti yenidən artacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dünya bazarında neft və enerji daşıyıcılarının bahalaşması, eləcə də region ölkələrində yanacaq qiymətlərinin artması Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı gözləntiləri gücləndirir.
SON DƏQİQƏ: Azərbaycanda benzin bahalaşa bilər"Ölkədə yanacaq qiymətləri tam bazar prinsipləri ilə deyil, dövlət tərəfindən tənzimləndiyi üçün dünya bazarındakı dəyişikliklər daxili bazara birbaşa və dərhal təsir göstərmir.
Yaxın dövrdə kəskin qiymət artımı ehtimalı yüksək görünmür. Bunun əsas səbəblərindən biri Azərbaycanda Aİ-92 benzini və dizel yanacağının böyük hissəsinin yerli istehsal hesabına təmin olunmasıdır. Son aylarda benzin istehsalının artması da daxili bazarda müəyyən sabitlik formalaşdırır.
Bununla belə, son illərdə Azərbaycanda yanacaq qiymətlərinə bir neçə dəfə düzəliş edilməsi göstərir ki, hökumət zəruri hesab etdiyi halda mərhələli qiymət artımına gedə bilər".
Ekspertin fikrincə, logistika xərclərinin yüksəlməsi, neft emalı və modernləşmə xərcləri, eləcə də büdcə və vergi siyasəti gələcəkdə qiymət artımını şərtləndirən əsas amillər sırasındadır.
Akif Nəsirli vurğulayıb ki, mövcud şəraitdə Azərbaycanda benzinin yenidən bahalaşması tam istisna olunmur. Lakin yaxın aylarda bunun kəskin şəkildə baş verməsi ehtimalı yüksək qiymətləndirilmir. Daha real ssenari kimi isə mərhələli və məhdud qiymət artımı göstərilir.
Müşviq Tofiqoğlu
KONKRET.az

Sosial       Tarix: 28 may 2026
f Paylaş

Oxşar xəbərlər

Qarabağ' – 'Neftçi' oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. . DİN-in Mətbuat Xidmətindən -un sorğusuna cavab olara

Evinin 'kupça'sı olmayanlara şad xəbər

Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq edilməsi nəzərdə tutulur. Ölkə.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfəro

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR

Azərbaycanın İraqdan "Aİ-92" markalı benzin tədarük etməsi diqqət çəkib. Neft hasil edən ölkə olmasına baxmayaraq, Azərbaycanın müəyyən növ yanacağın xaricdən alınması bu tədarükün səbəbləri, həcmi və iqtisadi əsaslar

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026