SON DƏQİQƏ: Azərbaycanda benzin bahalaşacaq? - VACİB AÇIQLAMA

SON DƏQİQƏ: Azərbaycanda benzin bahalaşacaq? - VACİB AÇIQLAMAGürcüstanda yanacağın qiymətində son aylarda müşahidə olunan kəskin artım region ölkələrində də narahatlıq yaradıb. Bəzi yanacaqdoldurma məntəqələrində qiymətlər cəmi bir həftə ərzində 20–30 tetri bahalaşıb, mart ayından indiyədək isə ümumi artım 1,24 lariyə çatıb. Regional enerji bazarındakı dəyişikliklər və dünya neft qiymətlərindəki dalğalanmalar fonunda Azərbaycanda da yanacağın bahalaşacağı ilə bağlı suallar gündəmə gəlir.
Bəs yaxın aylarda Azərbaycanda benzin və dizelin qiyməti arta bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda xüsusilə Aİ-92 markalı benzin və dizel yanacağının qiymətində yaxın dövrdə artım gözlənilmir.
SON DƏQİQƏ: Azərbaycanda benzin bahalaşacaq? - VACİB AÇIQLAMAOnun sözlərinə görə, Azərbaycanda yanacaq qiymətləri birbaşa dünya bazarındakı neft qiymətlərinə uyğun formalaşmır:
"Dünya bazarında neftin qiyməti düşən dövrlərdə də Azərbaycanda yanacaq bahalaşıb. Məsələn, 2024-cü ilin iyulunda və 2025-ci ilin dekabr ayının sonunda qiymətlər artırılmışdı. Həmin dövrlərdə neft ucuzlaşırdı. Yəni Azərbaycanda qiymət artımı yalnız neftin bahalaşması ilə bağlı deyil".
İqtisadçı qeyd edib ki, ölkədə yanacaq qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir və qiymət müəyyən edilərkən müxtəlif amillər nəzərə alınır:
"Qiymətin formalaşması zamanı təkcə dünya neft qiymətləri deyil, ölkədəki inflyasiya səviyyəsi, əhalinin sosial vəziyyəti və aidiyyəti qurumların xərc strukturu da nəzərə alınır. Buna görə də dünya bazarında neft ucuzlaşanda belə, Azərbaycanda dizelin qiyməti 80 qəpikdən 1 manata qaldırılmışdı. Benzinin qiymətində də təxminən 15 qəpik artım olmuşdu".
X.Kərimli vurğulayıb ki, Gürcüstanda yanacaq qiymətləri bazar prinsipləri əsasında formalaşdığı halda, Azərbaycanda dövlət tənzimlənməsi tətbiq edilir:
"Azərbaycanda yalnız premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Bu seqmentdə qiymətlər SOCAR-ın qərarları əsasında müəyyən edilir. Ona görə də məhz premium benzində müəyyən bahalaşma ehtimalı mümkündür. Bu isə dünya bazarında neft qiymətlərinin hansı səviyyədə və nə qədər müddət yüksək qalacağından asılı olacaq".
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 08 may 2026
f Paylaş

Oxşar xəbərlər

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:. 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar"

Qoyulan stend boğazımı çürütdü' - Kömək istədi

Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın yenidən əməliyyat olunmasına ehtiyac var. xəbər verir ki, bu barədə sosial mediada paylaşım edən Ləma

Paytaxtın bu yolları bağlı olacaq

Bakının Suraxanı və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb

"20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik" – Sosioloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanm

Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə

Təmir işləri ilə əlaqədar Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində 17 oktyabr saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq olunacaq

Pensiya kapitallarında niyə dəyişiklik edilib?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb. DSMF-dən -a verilən məlumata görə, pensiy

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Bu barəd

Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik

Ficidə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci sessiyasına (COP31) hazırlıq məqsədilə keçirilən yüksək səviyyəli toplantı (PreCOP31) çərçivəsində baş tutan müzakirələrdə Azərbaycan tərəfi Türkiyənin liderliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri oxu.az xeberler dunya xeberleri valyuta mezenesi ən son xəbərlər bugün