SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib.
Qeyd edək ki, Türkiyədə baş verən iqlim hadisələri adətən bir müddət sonra Azərbaycanda da müşahidə edilir.
Bəs oxşar yağışların yaxın vaxtlarda Azərbaycanda da baş verməsi ehtimalı varmı?
KONKRET.az xəbər verir ki, Sfera.az-a açıqlama verən ekoloq Ənvər Əliyev bildirdi ki, güclü yağıntılar yalnız Türkiyə üçün xarakterik deyil, geniş ərazilərə təsir göstərən planetar atmosfer prosesləri ilə bağlıdır.
Onun sözlərinə görə, Türkiyədən Qafqaza, o cümlədən Azərbaycana qədər uzanan geniş ərazi bu atmosfer proseslərinin təsiri altında qalır.
Ekoloq qeyd edib ki, "Azor maksimumu" adlandırılan antisiklon və digər planetar atmosfer prosesləri hava şəraitinə birbaşa təsir göstərir:
"Bu təsirlər bəzən geniş bir coğrafiyanı əhatə edir. İspaniya, Portuqaliya, Türkiyə, Qafqaz və ətraf ərazilərdə müxtəlif hava hadisələrinin yaranmasına səbəb ola bilir. Hər ölkənin özünəməxsus iqlimi olduğundan, belə proseslərin nə vaxt və hansı intensivlikdə baş verəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək çətin olur. Lakin bütün hallarda biz hər şeyə hazır olmalıyıq. XXI əsrdə təbiətdən asılı vəziyyətdə qalmaq düzgün deyil. İşlərimizi elə qurmalıyıq ki, ölkənin hər bir ərazisində görülən tədbirlər iqlim göstəricilərinə və mümkün iqlim dəyişikliklərinə uyğun olsun".

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var