"S&P" 2027-ci ilə qədər Azərbaycanda neft hasilatının həcmini açıqladı

Azərbaycanda 2027-ci ilə qədər neft hasilatı (qaz kondensatı da daxil olmaqla) sutkada 0,58 milyon barel təşkil edəcək.
KONKRET.azxəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin məlumatlarında qeyd olunub.
"Azəri-Çıraq-Günəşli" kimi əsas neft yataqlarının köhnəlməsi səbəbindən hasilat son illərdə davamlı azalaraq, 2019-cu ildəki 0,79 milyon bareldən 2023-cü ildə 0,65 milyon barelə düşüb. Hesab edirik ki, 2024-cü ildə hasilat orta hesabla gündəlik 0,58 milyon barel təşkil edəcək və növbəti bir neçə il ərzində bəzi yataqlardakı davamlı azalmanın digərlərindəki kiçik əlavə güclər hesabına kompensasiya edilməsi nəticəsində hasilatda müəyyən sabitləşmə baş verəcək", – agentlik qeyd edib.
"S&P"nin qiymətləndirmələrinə görə, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri hasilatdakı azalmanı yavaşlatmaq üçün əlavə investisiyalar yatıracaqlar.
"Lakin uzunmüddətli perspektivdə hasilat, çox güman ki, azalmağa davam edəcək", – analitiklər hesab edirlər.
"S&P" proqnozlaşdırır ki, Azərbaycanda kommersiya qaz hasilatı ildə 36-37 milyard kubmetr səviyyəsində sabitləşəcək.
"Azərbaycanda qaz hasilatı "Şahdəniz" qaz yatağının ikinci mərhələsinin işlənməyə başladığı 2018-ci ildən əhəmiyyətli dərəcədə artıb və 16 milyard kubmetr platosuna çatıb. Ümumilikdə, hesab edirik ki, Azərbaycan pik qaz hasilatına yaxınlaşıb və bir neçə il ərzində bu səviyyəni qoruyub-saxlayacaq".
"S&P" analitikləri qeyd edirlər ki, uzunmüddətli perspektivdə Azərbaycanda qaz hasilatını artıra biləcək bir neçə layihə mövcuddur. Bunlara "Abşeron" yatağının ikinci mərhələsi (hasilatın ildə 1,5 milyarddan 5 milyard kubmetrə qədər artırılması), AÇG blokundakı dərin qatlardan hasilat, "Ümid", "Babək" və "Qarabağ" yataqlarının işlənməsi daxildir.
"Bu layihələr planlaşdırma mərhələsindədir və hasilatın başlanması üçün bir neçə il tələb olunacaq (hər bir halda həyata keçirilmə qərarının qəbul edilməsi şərtilə)", – məlumatda vurğulanır.
Agentlik hesab edir ki, Azərbaycanın Avropaya qaz ixracını artırması boru kəməri infrastrukturunun daha da genişləndirilməsini tələb edəcək:
"Belə genişlənmə Azərbaycan və Avropa alıcıları arasında təchiz edilən qazın uzunmüddətli həcmləri və qiymətləri ilə bağlı razılaşmalardan asılı olacaq".
"S&P" vurğulayıb ki, Azərbaycan hökuməti bərpaolunan enerji mənbələrinin inkişafını fəal şəkildə təşviq edir:
"Xüsusilə, ölkənin Günəş, külək və hidroenerji potensialından istifadə planları var. Bundan əlavə, Xəzər regionundan Macarıstan və Rumıniyaya "yaşıl elektrik enerjisi"nin ixracına imkan verəcək Qara dənizin dibi ilə enerji kabelinin çəkilişi layihəsi üzərində iş davam edir. Azərbaycanda bərpaolunan enerji istehsalının əlavə gücləri hazırda qazla istehsal olunan daxili elektrik enerjisinin bir hissəsini əvəz edə bilər. Bu da ixrac boru kəməri güclərinin genişləndirilməsi şərtilə Avropaya əlavə qaz həcmlərinin təchizinə gətirib çıxara bilər".//Report

Sosial       Tarix: 07 dekabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Bu işçilərə 13 və 14-cü maaş veriləcək

Azərbaycan qanunvericiliyində birbaşa "13-cü və ya 14-cü maaş" adlanan məcburi ödəniş növü mövcud olmasa da, bəzi sahələrdə qanunvericilik və ya normativ-hüquqi aktlar səviyyəsində işçilərə ilin yekunlarına gör

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub. Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb. Əmrə əsasən, Tərlan Əliye

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

Bu dövlət müəssisələri ləğv oluna bilər - Hesablama Palatasından milyardlıq xəbərdarlıq

Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə artıq vergi ödənişlərinin məbləği artıb. xəbər verir ki, bu məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanu

Gələn il pensiyalar belə artırılacaq 

"Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahid

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanı

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər son xeber.az bugun xeberler apa.az xeberler