Space TV'dən aparıcının maaş almaması iddialarına - Cavab
"Space TV" əməkdaşlarının 2026-cı ilin mart və aprel üzrə gecikmiş əməkhaqları tam həcmdə ödənilib".
azxeber.com xəbər verir ki, bu barədə "Space TV" məlumat yayıb.
Bildirilib ki, hazırda şirkətin qeyd olunan dövr üzrə əməkdaşlar qarşısında hər hansı maliyyə öhdəliyi mövcud deyil.
"Maya aid əməkhaqlarının da yaxın günlər ərzində ödənilməsi nəzərdə tutulur. "Sevilən səhər" verilişinin keçmiş aparıcısının səsləndirdiyi fikirlərə münasibətdə qeyd etmək istərdik ki, sözügedən layihə 9 mart 2026-cı ildən etibarən efirdə yayımlanmağa başlayıb və verilişlə bağlı hər hansı ödəniş məsələsi kanalın yeni rəhbərliyinin fəaliyyət dövrünə aid deyil.
Eyni zamanda bildiririk ki, verilişin reytinq göstəricilərinin gözlənilən nəticələri verməməsi, eləcə də 2026–2027-ci il televiziya mövsümünə hazırlıq çərçivəsində şirkətin yenilənmiş strateji baxışı və proqram siyasətinə uyğun gəlməməsi nəzərə alınaraq, tərəflər arasında qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verilib" deyə, məlumatda bildirilib.
Qeyd edək ki, aparıcı Könül Muxtarova "Space TV"dən ayrılıb. Buna 3 aydır maaş ala bilmədiyini səbəb göstərib.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?