"Sponsorluq edən yoxdur, ona görə təklif edirlər, onlar da məcburdurlar" - AÇIQLAMA
Bir müddət öncə bəzi tanınmış idmançıların qanunsuz idman mərc oyunlarını dəstəkləməyə başlaması, müxtəlif operatorların səfirləri elan olunmaları, reklam etmələri ilə bağlı məlumatlar yayıldı.
İctimaiyyətdə yaranan narazılıqlar və məsələnin mediada işıqlandırılmasından sonra müvafiq qurumların gördüyü tədbirlər nəticəsində qanunsuz idman mərc operatorları olan Mostbet və 1xBet-i reklam edən bəzi şəxslər cəzalandırıldı. İdmançıların səhifələrində olan reklamlar da yığışdırılıb. Bu da müsbət haldır. Qanunsuz mərc oyunlarının təbliği ilə bağlı xaricdən gələn təkliflərə idman sahəsinin bütün tanınmış simaları qarşı çıxmalıdır.
KONKRET.az xəbər verir ki, peşəkar məşqçi Ruslan Əfəndiyev Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib:
"Sponsorluq edən yoxdur, ona görə təklif edirlər, onlar da məcburdurlar, nə edə bilərlər. Azərbaycanda heç kim sponsoruluq etmək istəmir. Vergidən yayınma halları barədə dəqiq nəsə deyə bilmərəm, amma hələki, bizdə belə bir şey olmayıb. Bizə təklif gəldi, kuratorumuzla məsləhətləşdik, nazirlikdən icazə verilmədi, biz də etmədik".

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu