Stimul Hospital'da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü

Stimul Hospital'da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü"Stimul Hospital"da həyata keçirilən mədəkiçiltmə əməliyyatından sonra pasiyentin ölümü ilə nəticələnən cinayət işi üzrə məhkəmə hökmü elan edilib.
Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 2 il müddətinə tibb sahəsində tibbi xidmət göstərilməsi üzrə fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Cinayət işinin materiallarına əsasən, 2024-cü ildə piylənmə diaqnozu ilə "Stimul Hospital"a müraciət edən N.F. üzərində laparoskopik üsulla "sleeve qastrektomiya" (mədəkiçiltmə) əməliyyatı aparılıb. Əməliyyatı Rəşad adlı cərrah icra edib.
İttihama görə, əməliyyatdan sonra pasiyentdə yüksək hərarət müşahidə olunsa da, vəziyyət lazımi qaydada qiymətləndirilməyib. Məhkəmə materiallarında qeyd olunur ki, bu mərhələdə həkim konsilium təşkil etməli, təcili kompüter tomoqrafiyası (KT) müayinəsi aparmalı və tikiş xəttində yaranmış mümkün mədə sızmasını vaxtında müəyyən edərək cərrahi müdaxilə etməli idi. Bunun əvəzinə pasiyentə 10 gün müddətində antibiotik müalicəsi təyin edilib.
Sonradan aparılan KT müayinəsində qarın boşluğunda abses aşkar olunub və N.F. təkrar əməliyyat edilib. Bir müddət sonra isə onda mədə fistulu inkişaf etdiyindən üçüncü cərrahi müdaxilə həyata keçirilib. İttihama əsasən, ilkin əməliyyatdan sonra yaranmış mədə sızmasının vaxtında aradan qaldırılmaması nəticəsində pasiyentdə peritonit, sepsis və poliorqan çatışmazlığı inkişaf edib. Nəticədə N.F. vəfat edib.
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxs xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib və yol verdiyi səhlənkarlıqla ağır nəticələrin yaranmasına səbəb olub.
Cərrah məhkəmədə özünü təqsirli bilməyib. O bildirib ki, əməliyyat tibbi standartlara uyğun icra olunub, sonradan yaranan ağırlaşmalar isə bariatrik cərrahiyyədə rast gəlinən risklərdəndir. Onun sözlərinə görə, pasiyentdə müşahidə olunan yüksək hərarət ilk mərhələdə mədə sızmasını təsdiqləyən əlamət hesab edilməyib və buna görə antibiotik müalicəsinə başlanılıb. Həkim qeyd edib ki, hərarət davam etdikdən sonra KT müayinəsi aparılıb, aşkar olunan abses cərrahi yolla aradan qaldırılıb və sonrakı əməliyyatlar beynəlxalq cərrahi tövsiyələrə uyğun həyata keçirilib.
Təqsirləndirilən şəxs həmçinin iddia edib ki, pasiyentin ölümünə səbəb əməliyyat deyil, sonrakı dövrdə yaranmış qidalanma pozğunluğu, albumin çatışmazlığı və daxili orqanların fəaliyyətinin zəifləməsi olub. O, məhkəmədən təkrar komisyon məhkəmə-tibbi ekspertizasının keçirilməsini xahiş etsə də, vəsatət təmin edilməyib.
Zərərçəkmişin hüquqi varisi isə məhkəmədə bildirib ki, əməliyyatdan qısa müddət sonra N.F.-də yüksək hərarət, halsızlıq və qusma başlayıb. Onun sözlərinə görə, ailə həkimə dəfələrlə müraciət etsə də, vəziyyət ciddi qiymətləndirilməyib və yalnız antibiotik müalicəsi tövsiyə olunub. Daha sonra aparılan müayinələr nəticəsində ağırlaşmalar aşkarlanıb və pasiyent ardıcıl olaraq iki dəfə yenidən əməliyyat edilib. Hüquqi varis həmçinin əməliyyatlara görə ödənişlərin nağd şəkildə həyata keçirildiyini və bunun müqabilində hər hansı maliyyə sənədi təqdim olunmadığını iddia edib.
Qaynarinfo "Stimul Hospital"la əlaqə saxlayaraq təqsirləndirilən şəxsin sözügedən klinikada ümumi cərrah vəzifəsində çalışan Rəşad Əkbərli olub-olmadığını dəqiqləşdirməyə çalışıb. Klinika Rəşad Əkbərlinin onların işçisi olduğunu təsdiqləyib. Lakin N.F. ilə bağlı hadisə və cərrahın həbsi barədə məlumatlı olmadığını bildiriblər. 
Stimul Hospital'da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldüƏməkdaşımızın "Rəşad doktor hazırda işdədirmi, onunla danışa bilərikmi?" sualına isə cavab olaraq bildirilib ki, adiçəkilən cərrah bu gün işə çıxmayıb. Daha sonra isə əlaqə nömrəsi istənilərək redaksiya ilə əlaqə saxlanılacağı bildirilib. Lakin bir neçə saat keçsə də, klinika geridönüş etməyib.  / azxeber.com

Sosial       Tarix: 15 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov

Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi. İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk. İnanmayan ardını oxusun. Azərbaycan öz cibində

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb

Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb. 2025-ci il təvəllüdlü uşağın taxtdan yıxılaraq ağır kəllə-beyin travması aldığı bildirilir. Azyaşlı kəllə sümüyünün deformasiyaya uğraması diaqnozu ilə Şirvan xəstəxanasın

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Əməkdar jurnalist vəfat etdi

"Şərq qapısı" qəzetinin Texniki yaradıcılıq bölməsinin müdiri Məhəbbət Mirzəyeva vəfat edib. xəbər verir ki, Əməkdar jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Məhəbbət Mirzəyeva uzu

"Bunun pis tərəfi odur ki, insan beyninin işğal edildiyini anlamır" - Hacıbəy Heydərli

İdeoloji işğalın ən təhlükəli tərəfi budur ki, insan bir müddət sonra işğal altında olduğunu özü də hiss etmir. Müqavimət ruhu zəifləyir, milli kimlik arxa plana keçir, tarixi yaddaş silinir və cəmiyyət öz keçmişinə yadlaşmağ

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə

Təmir işləri ilə əlaqədar Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində 17 oktyabr saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq olunacaq


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən şad xəbər sonxəbər valyuta mezennesi banklar cəbhədən video