Stoltenberq Putinin Ukrayna ilə sülh danışıqları üçün irəli sürdüyü şərtləri pislədi
NATO Baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putinin Ukrayna tərəfinə sülh danışıqları üçün irəli sürdüyü şərtləri pisləyib və onları "daha çox təcavüz, daha çox işğal" təklifi adlandırıb.
KONKRET.az xəbər verir ki, Baş katib bu barədə mətbuat konfransında deyib.
"Bu, xoş niyyətlə irəli sürülən təklif deyil. Bu, əslində, Rusiyanın indiyə qədər Ukraynadan işğal etmiş olduğu torpaqlardan daha çox imtina etməsini gözləyərək müharibə məqsədlərinə çatmağı hədəfləyən bir təklifdir", – Stoltenberq vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb. Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib ki, Kiyevlə danışıqların şərtləri bunlardır: Ukrayna qoşunları Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin inzibati sərhədləri daxilindən tamamilə çıxarılmalıdır.
Onun sözlərinə görə, Ukrayna qoşunlarının real çıxarılması başlayan kimi və Kiyev NATO üzvlüyündən imtina etmək planlarını bildirən kimi, Moskva atəşkəs və danışıqların başlanması barədə göstəriş verəcək.
"Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinin bir hissəsini ələ keçirdikdən sonra bir sıra ölkələr vasitəçiliyə hazır olduqlarını bəyan ediblər", – Putin deyib.
Turlar.az [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu