"Sumqayıt" klubu məhkəmə qarşısında - Bu qaydaları pozub
"Sumqayıt" futbol klubu valyuta tənzimi qaydalarını pozma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
KONKRET.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bank tərəfindən klub barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
İddiaya əsasən, futbol klubu xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Hazırda protokol məhkəmədə araşdırılır.
Xatırladaq ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq