"Sumqayıt" – "Neftçi" oyununda mövsümün azarkeş rekordu qırılacaq
Azərbaycan Premyer Liqasının XXI turunda keçiriləcək "Sumqayıt" – "Neftçi" oyununda 2023/2024 mövsümünün azarkeş rekordu qırılacaq.
KONKRET.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevin "Report"a verdiyi məlumata görə, yenidənqurmadan sonra ilk matçı qəbul edəcək Mehdi Hüseynzadə adına şəhər stadionundakı görüş üçün satışa çıxarılan biletlər bitmək üzrədir.
9000-ə yaxın tamaşaçı tutumuna malik olan arenada təşkil olunacaq qarşılaşmaya 8800 bilet satışa çıxarılmışdı. Oyuna maraq yüksək səviyyədə olduğundan, satışda artıq çox az – təxminən 300-400 bilet qalıb.
Fevralın 4-də keçiriləcək "Sumqayıt" – "Neftçi" oyunu saat 15:00-da başlayacaq. Qarşılaşmadan əvvəl iki müğənni – Hiss və "Sumqayıt uşağı" Murad Arif konsert proqramı ilə çıxış edəcəklər.
Qeyd edək ki, Premyer Liqanın 2023/2024 mövsümünün azarkeş rekordu X turun "Turan Tovuz" – "Qarabağ" oyununa məxsusdur. 2:2 hesabı ilə başa çatan Tovuz şəhər stadionundakı qarşılaşmada 6000 tamaşaçı olub.

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
Prezident niyə "İstisu"yu özü ilə aparıb? – Detallar
Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı
Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər
Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir
İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
Prezidentin sosial şəbəkə hesabında Modi ilə görüşünə dair paylaşım edildi - FOTO
İrem Dericinin nişanlısı saxlanıldı
Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub - FOTO
Unibank bankomat şəbəkəsini yeniləyir
Kənd Təsərrüfatı Nazirliyi ilə "Veysəloğlu" arasında memorandum imzalanacaq – FOTOLAR
Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
Formula 1: yeni tribuna quraşdırıldı
Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir