"Sumqayıt" - "Sabah" oyunu təxirə salındı
"Sabah"ın Azərbaycan Premyer Liqasının II turunda "Sumqayıt"a qarşı keçirməli olduğu oyun təxirə salınıb.
KONKRET.azxəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, PFL və "gənclik şəhəri" təmsilçisinə müraciət edən Bakı klubu Serbiyanın "Partizan"ı ilə UEFA Konfrans Liqasının cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə çempionat matçının başqa vaxtda keçirilməsini istəyib.
"Sabah"ın rəsmi müraciətini, "Sumqayıt"ın isə rəsmi razılıq məktubunu əsas götürən qurum ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutaraq avqustun 13-nə nəzərdə tutulmuş qarşılaşmanı təxirə salıb.
Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat daha sonra veriləcək. Komandaların əvəzedicilər liqasında çıxış edən təmsilçilərinin oyunları isə qüvvədə qalıb.
Azərbaycanın digər avrokubok təmsilçilərindən PFL-ə oxşar müraciət daxil olmayıb.
Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Partizan" – "Sabah" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi