Sumqayıt şəhərində su təchizatına dair yeni layihə

Sumqayıt şəhərində su təchizatına dair yeni layihəSumqayıt şəhərinin mərkəzləşdirilmiş içməli su və kanalizasiya infrastrukturu 1950-60-cı illərdə yaradılıb. Sumqayıt şəhəri və ətraf qəsəbələr içməli su ilə Şollar-Bakı Su kəməri və Ceyranbatan Sutəmizləyici Qurğuları hesabına təmin olunur. 
azxeber.com xəbəır verir ki, "Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Planı"na əsasən Sumqayıt şəhərinin və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq 595 kilometr uzunluğunda magistral və paylayıcı su xətlərinin, 460 kilometr uzunluğunda kanalizasiya kollektor və xətlərinin inşası nəzərdə tutulub.
Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri, həmçinin bağ massivləri və istirahət mərkəzlərindən Xəzər dənizinə axıdılan tullantı suların qarşısını almaq məqsədilə 15,2 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektoru inşa edilib, dənizə birbaşa çıxışı olan kanalizasiya xətləri bu kollektora birləşdirilib, 2 ədəd kanalizasiya nasos stansiyası tikilib. Ekoloji mühitin yaxşılaşdırılması məqsədilə icra olunan bu layihə sutkada 40 min kubmetr tullantı suyunun Sumqayıt tullantı sutəmizləyici qurğusuna ötürülməsini təmin edib. 
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə Sumqayıt şəhərində kanalizasiya və yağış sularının idarə olunması istiqamətində iri həcmli layihə həyata keçirilir. Məqsəd dayanıqlı, keyfiyyətli və fasiləsiz su ilə əhalini təmin etmək vətəndaşların məmnunluğuna yüksək səviyyədə nail olmaqdır.
Sumqayıt şəhərində əhalinin kanalizasiya və yağış sularının idarə olunması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən yenidənqurma işlərinə başlanılıb.
İlkin olaraq, "Acı dərə" kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması həyata keçirilir. 
Həmçinin "Yaşıldərə" yaşayış massivi və 76-cı məhəllə ərazisində formalaşan tullantı sularının idarə olunması istiqamətində ilkin olaraq şəhərin bir çox küçələrində kanalizasiya kollektor və xətləri inşa edilir. Layihəyə uyğun olaraq İnşaatçılar, Səməd Vurğun, Pərviz Hüseynov, Kamran Hüseynov, Bakı küçələrində və Koroğlu prospektində təmir, yenidənqurma işləri intensiv olaraq davam etdirilir. Layihədə diametri 600, 1000, 1200, 1400 və 1600 millimetrlik dəmir-beton və eyni zamanda diametri 300, 400, 500 millimetrlik Koruge borulardan istifadə edilir. Tikinti işləri normativ qaydalara tam uyğun aparılır.
Sumqayıt Sukanal İdərəsinin rəisi Xalid Quliyev diqqətə çatdırıb ki, hazırda 622 metr uzunluğunda diametri 300 və 400 millimetr Koruge borularla xətlərin inşası başa çatıb, 19 ədəd quyu quraşdırılıb və eyni zamanda Pərviz Hüseynov küçəsində diametr 1600 millimetrlik dəmir-beton boruların tikinti-quraşdırma işlərinə başlanılıb.
Məlumdur ki, əhali sayının artması ilə əlaqədar tullantı suların həcmi də artır. Bu səbəbdən sutkalıq məhsuldarlığı 100 min kubmetr olan Tullantı Sutəmizləyici Qurğular Kompleksində də əsaslı təmir və yenidənqurma işlərinə start verilib. İşlər çərçivəsində 3 ədəd mövcud aerotenk durulducunun dəmir-beton hissələrində əlavə gücləndirmə işləri aparılır. Aerotenk durulducunun içərisində dayaqların yenilənməsi, su novlarının, diffuzor boruların dəyişdirilməsi nəzərdə tutulub. Qurğulara giriş-çıxış xətləri yenilənib. 
Bundan əlavə yeni nasosların alınıb quraşdırılması da nəzərdə tutulub. Əsaslı təmir işləri yekunlaşdıqdan sonra tullantı suları ən müasir texnologiyaya uyğun təmizlənərək Xəzər dənizinə ötürüləcək. 
Qeyd edək ki, Sutəmizləyici Qurğular Kompleksi 2009-cu ilin noyabr ayında istifadəyə verilib. Qurğunun məhsuldarlığı sutkalıq 100 min kubmetr təşkil edir. Təmizləyici Qurğular Kompleksi məişət tullantı sularının və onlara tərkibcə yaxın olan sənaye tullantı sularının su hövzələrinə axıdılmadan öncə normativə uyğun mexaniki, bioloji və təkrar təmizlənməsi, eləcə də tərkibində olan patogen bakteriyalardan zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. 
Təmizləyici Qurğular Kompleksi Sumqayıt şəhəri ilə yanaşı ətraf yaşayış məntəqələrində - Novxanı və Saray qəsəblərində toplanan tullantı sularını təmizləmək üçün inşa olunub.
Şəhərin Sukanal İdarəsinin əməkdaşları fasiləsiz iş rejimində fəaliyyət göstərir. Vətəndaşlar müraciətlərini quruma həm fərdi şəkildə, həm də elektron formada ünvanlaya bilirlər. 
İdarənin qəza-bərpa xidməti də fəaliyyətini gücləndirilmiş iş rejimində yerinə yetirir. Hər hansı qəza hadisəsi ilə bağlı xəbər çağrı mərkəzinə daxil olur, hesabat aparılır, qəza xidmətinə məlumat verilir və əməkdaşlar dərhal problemin həllinə çalışırlar.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti digər şəhərlərdə də su və kanalizasiya təchizatı istiqamətində təmir-tikinti və yenidənqurma layihələri icra edir.

Sosial       Tarix: 13 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 55,1 dollar artaraq 4 130 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 1,18 dollar artaraq 53,12 dollara bərabər olub

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time


yeni xeberler azerbaycan xeberleri son xeberler idman xeberleri cəbhədən son məlumatlar gunun xeberleri cəbhədən son xəbərlər