"Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək

İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təhsil sisteminin rəqəmsal transformasiyası əsas müzakirə mövzularından biri olub. İclasda "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə edilib. 
Bildirilib ki, təhsil sahəsində həyata keçirilən rəqəmsallaşma tədbirləri ölkənin ümumi rəqəmsal inkişaf strategiyasının mühüm tərkib hissəsidir və gələcəkdə süni intellekt əsaslı tədris modellərinin tətbiqi bu istiqamətdə prioritet hədəflərdən biri olacaq.
İclasda qeyd olunub ki, son illərdə təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində mühüm nəticələr əldə edilib. Təhsil müəssisələrinin müasir rəqəmsal infrastrukturla təmin olunması, elektron xidmətlərin sayının artırılması, "Rəqəmsal məktəb" platformasının tətbiqi, elektron təhsil sənədlərinin istifadəyə verilməsi və şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş layihələr bu sahədə görülən işlərin əsas istiqamətlərini təşkil edir. 
Eyni zamanda, növbəti mərhələdə süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası nəzərdə tutulur ki, bu da təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin inzibati yükünün azaldılması və fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirilməsinə xidmət edəcək. Həyata keçirilən islahatlar Azərbaycanın təhsil sisteminin müasir çağırışlara uyğunlaşdırılması və rəqəmsal gələcəyə hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.
Təhsil eksperti Rasim Həsənzadə azxeber.com-a açıqlamasında deyib ki, süni intellekt və rəqəmsallaşma bu günün reallığıdır:
"Süni intellekt və rəqəmsallaşma artıq gələcəyin deyil, bu günün reallığıdır. Dünyada baş verən texnoloji transformasiya təhsil sisteminin də mahiyyətini dəyişdirir. Əgər sənaye inqilabları iqtisadiyyatı yenidən formalaşdırdısa, süni intellekt dövrü təhsilin məzmununu, idarəetmə modelini və öyrənmə fəlsəfəsini yenidən müəyyənləşdirir. Buna görə də məsələ yalnız məktəblərin texnologiya ilə təmin olunması deyil, bütövlükdə təhsil ekosisteminin rəqəmsal transformasiyasıdır.
Hesab edirəm ki, bu transformasiyanın ən böyük üstünlüyü təhsilin daha fərdiləşdirilmiş, çevik və məlumatlara əsaslanan sistemə çevrilməsidir".
O qeyd edib ki, süni intellekt bu fərqləri analiz edərək hər bir şagird üçün fərdi öyrənmə trayektoriyası formalaşdıra bilər:
"Uzun illər eyni proqramla, eyni metodlarla və eyni sürətlə tədris aparılırdı. Halbuki hər bir şagird fərqli öyrənir, fərqli maraqlara və bacarıqlara malikdir. Süni intellekt bu fərqləri analiz edərək hər bir şagird üçün fərdi öyrənmə trayektoriyası formalaşdıra bilər. Bu isə təhsildə keyfiyyəti artırmaqla yanaşı, şagirdlərin motivasiyasını və öyrənmə prosesinə cəlb olunmasını da gücləndirəcək".
R.Həsənzadə vurğulayıb ki, süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək:
"Digər mühüm istiqamət müəllimin rolunun transformasiyasıdır. Cəmiyyətdə bəzən belə bir yanlış fikir formalaşır ki, süni intellekt müəllimi əvəz edəcək. Mən bu yanaşmanı doğru hesab etmirəm. Əksinə, süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək. Qiymətləndirmə, hesabatların hazırlanması, dərs planlarının tərtibi və digər proseslər avtomatlaşdırıldıqca müəllim daha çox vaxtını şagirdlə ünsiyyətə, yaradıcı fəaliyyətlərə, tənqidi düşünmə və problem həll etmə bacarıqlarının inkişafına sərf edə biləcək. Gələcəyin müəllimi informasiyanı ötürən deyil, öyrənmə prosesini idarə edən lider olacaq. Rəqəmsallaşma isə yalnız sinif otağı ilə məhdudlaşmır. O, təhsil idarəçiliyində də keyfiyyətcə yeni mərhələ yaradır. Bu gün təhsil sistemində böyük həcmdə məlumat toplanır. Əgər həmin məlumatlar düzgün analiz olunarsa, məktəblərin fəaliyyəti, şagird nailiyyətləri, müəllim performansı və tədrisin keyfiyyəti ilə bağlı qərarlar daha obyektiv və əsaslandırılmış şəkildə qəbul edilə bilər. Məlumatlara əsaslanan idarəetmə yanaşması problemlərin yaranmasını gözləmədən onları əvvəlcədən müəyyən etməyə və vaxtında həll yolları hazırlamağa imkan verir".
Təhsil eksperti deyib ki, rəqəmsallaşma təhsildə əlçatanlığı və bərabər imkanları da genişləndirir:
"Bununla yanaşı, rəqəmsallaşma təhsildə əlçatanlığı və bərabər imkanları da genişləndirir. Coğrafi məsafələr artıq keyfiyyətli təhsilə maneə olmur. Müasir rəqəmsal platformalar vasitəsilə regionlarda yaşayan şagirdlər də yüksək keyfiyyətli tədris resurslarından istifadə edə, beynəlxalq kurslara qoşula və qlobal bilik məkanının bir hissəsinə çevrilə bilirlər. Bu, xüsusilə təhsildə inklüzivliyin və bərabər imkanların təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Texnologiyanın özü heç vaxt uğurun təminatı deyil. Ən müasir platformalar və süni intellekt alətləri belə onları pedaqoji baxımdan düzgün tətbiq edə bilən müəllim, rəhbər və təhsil siyasəti olmadan gözlənilən nəticəni verməyəcək. Buna görə də əsas investisiya yalnız texniki infrastruktura deyil, insan kapitalına, müəllimlərin rəqəmsal kompetensiyalarının inkişafına, etik istifadə prinsiplərinin formalaşdırılmasına və məktəblərdə innovativ düşüncə mədəniyyətinin gücləndirilməsinə yönəldilməlidir"
O bildirib ki, süni intellekt və rəqəmsallaşma daha keyfiyyətli şəkildə biliyə nail olmağa imkan yaradacaq:
"Gələcəyin uğurlu təhsil sistemi texnologiyanı mərkəzə qoyan deyil, insanı mərkəzdə saxlayaraq texnologiyadan səmərəli istifadə edən sistem olacaq. Süni intellekt və rəqəmsallaşma təhsilin əsas məqsədini dəyişmir, onlar sadəcə bu məqsədə daha effektiv, daha şəffaf və daha keyfiyyətli şəkildə nail olmağa imkan yaradır. Əsas vəzifəmiz isə bu imkanlardan düzgün istifadə edərək yaradıcı, tənqidi düşünən, rəqəmsal bacarıqlara malik və qlobal çağırışlara hazır yeni nəsil yetişdirməkdir".
Şahanə Ziyad

Sosial       Tarix: 02 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər

Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daim

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri sonxəbərlər xeberler bugun sonxeberler