Süni intellektə sağlamlıq məsələlərində etibar etmək olarmı? – Araşdırma
Harvard Medical School və Beth Israel Deaconess Medical Center tərəfindən aparılan yeni araşdırma süni intellektin tibbdə istifadəsi ilə bağlı gözlənilməz nəticələr ortaya qoyub və həkimlərin gələcəyi ilə bağlı müzakirələri daha da gücləndirib.
azxeber.com xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar müasir süni intellekt modellərinin bəzi hallarda ilkin diaqnozu praktik həkimlərdən daha dəqiq müəyyən edə biləcəyini göstərir. Həkim səhvlərinin artması və səhiyyə sisteminə etimad böhranı fonunda pasiyentlər tibbi rəyləri yoxlamaq üçün AI xidmətlərindən getdikcə daha çox istifadə etməyə başlayırlar.
Eksperimentlərdən birində süni intellekt iki terapevt həkimlə müqayisə olunub. Bunun üçün bir xəstəxananın qəbul şöbəsindən götürülmüş 76 real hadisədən istifadə edilib. Qiymətləndirmə "kor" formatda aparılıb — ekspertlər diaqnozu kimin qoyduğunu, insanın yoxsa AI modelinin olduğunu bilməyiblər.
Pasiyentlərin ilkin çeşidlənməsi mərhələsində AI modeli halların 67 faizində düzgün və ya düzgünə yaxın diaqnoz təklif edib. Həkimlərdən biri 55 faiz, digəri isə 50 faiz nəticə göstərib.
Tədqiqatçılar bildiriblər ki, süni intellektin üstünlüyü xüsusilə həkimlərin vaxtının az və pasiyent haqqında məlumatın məhdud olduğu hallarda daha aydın görünür.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?