"Süni intellektin ifası maraqlı alınıb" - Gülağa trend olan mahnıdan danışdı

Son günlərdə sosial mediada "Şeir dedim, qəzəl dedim, gəlmədin" adlı mahnı böyük səs-səda doğurub.
Daha sonra sözügedən ifanın süni intellektlə hazırlandığı məlum olub.
8 il öncə Gülağa Ağayev və Balabəy Ağayevin ifasında səslənən "Şeir dedim, qəzəl dedim, gəlmədin adlı meyxananın illər sonra viral olması meyxana janrına nostalji, eyni zamanda yeni dinləyici kontingenti, sevgi və maraq qazandırıb.
azxeber.com-a açıqlama verən bəstənin yaradıcılarından meyxanaçı Gülağa Ağayev illər sonra gələn böyük uğurdan danışıb:
"Bu mahnını 8 il öncə, 2016-ci ildə Balabəy, Cavid və mən oxumuşuq. Artıq 3-cü dəfədir ki, bu mahnı trend olur. İlk dəfə özümüz oxuyanda maraqla qarşılandı, daha sonra müğənni Ülviyyə Namazova oxuyub, onda da trend oldu. Bəlkə də təzə mahnı olsa idi, icazə verməzdik. Biz heç bir müğənniyə mahnını pul ilə vermirik, hədiyyə edirik. Onlardan biri də Samir Piriyevin "Mələyim olarsan" mahnısıdır. Mahnılar köhnə olduğu üçün düşünürəm ki, daha çox maraq cəlb edir və ona görə sürətlə yayılaraq trend olur. Süni intellektin ifası da maraqlı alınıb. Yəqin ki, o meyxana deməyi bacarmayacaq (gülür.red).
O deyib ki, mahnını ifa etmək üçün bu gün də müğənnilər ona müraciət edir: 
"Ülviyyə xanım bu mahnını oxuyanda icazə almaq üçün Balabəyə zəng etmişdi, məndən olsa ona da icazə verməzdim. Mahnını bir yerdə yazdığımız üçün onun da haqqı var. Amma biz elə bilmişdik ki, o sadəcə popuridə nəqarətini oxuyacaq, sonra gördük ki, mahnını bütün oxuyub. Bir neçə gün öncə daha bir məşhur qadın müğənni də zəng etmişdi, adını demək istəmirəm. O da bu mahnını oxumaq üçün icazə istədi, mən razılaşmadım. Çünki artıq buna nə ehtiyac var? O sadəcə mahnının populyarlığından istifadə etməyə çalışırdı".
Aysel Hacızadə

Şou Biznes       Tarix: 29 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Kərimin səhhətində problem yarandı

Müğənni Kərim Abasov virusa yoluxduğunu açıqlayıb. xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında bildirib:. "38,5 dərəcə qızdırma məni məhv etdi. Yeni yayılan virus nədirsə, çox güclüdür. Özünüzü qoruyun"

Serdar Ortaç illər sonra etiraf etdi

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamaları ilə gündəmə gəlib. Sənətçi uzun illər həyatına təsir edən bəzi vərdişlərindən uzaqlaşdığını açıqlayıb. -a istinadla xəbər verir ki

Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq

Rusiyanın Xalq artisti Filipp Kirkorov mənzilində quraşdırılan daş dekorasiyanın keyfiyyətsiz olması ilə bağlı məhkəmə prosesində qalib gəlib. xəbər verir ki, Sankt-Peterburq məhkəməsi sənətçinin fərdi sahibkar Georgi Baranovskiy

Zabitə Alıyevanın toyudur - Fotolar

Bu gün xanəndə Zabitə Alıyevanın toyudur. İfaçı Sultan adlı bəylə ailə qurur. Cütlüyün toyu paytaxt restoranlarının birində keçirilir. Gecədə şou-biznes nümayəndələri də iştirak edir. Qeyd edək ki, Zabitə Alıyeva Televiziy

İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin

Teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. "Hazırda Mərkəzi Klinikadayam. Dualarınıza ehtiyacım var. Hamınız haqqınızı halal edin. Vəziyyəti

Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi

Türkiyəli aktrisa Biran Damla Yılmaz haqqında Almaniyada 6 ay müddətinə həbs cəzası verilib. Türkiyə mediası xəbər verir ki, aktrisanın botoks, dolğu və lazer prosedurlarından yaranan borcu 285 min avroya çatıb. İddialar

"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov

Əməkdar artist Gülüstan Əliyeva və müğənni Eldəniz Məmmədov "Xəzər axşamı" verilişində qonaq olublar. Sənətçilər proqram zamanı onlara ünvanlanan "2 milyon manatınız olsaydı, nə edərdiniz?" sualını cavablandırıblar

Tacir Şahmalıoğlu əməliyyat olundu

Müğənni Tacir Şahmalıoğlu bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Sənətçi axşam.az-a açıqlama verən hazırda xəstəxanada olduğunu deyib. O bildirib ki, öd kisəsində problem yaranıb və təcili əməliyyat olunub:. "Ö

Çetin Tekindor xəstəxanaya yerləşdirildi - Rolu məşhur aktyora verildi

"Çirkin" serialında rol alan aktyor Çetin Tekindorun səhhətində problem yaranıb. Bu səbəbdən aktyor çəkilişlərdə iştirak etməyəcək. Bildirilib ki, aktyoru həmkarı Tamer Levent əvəz edəcək. Bəlli olub ki, 81 yaşl


yeni xeberler son xeberler azerbaycan xeberleri oxu.az xeberler sou xeberler xeber.az en son xeberler