Azərbaycanda Anım Günüdür

Azərbaycanda Anım GünüdürBu gün Vətən müharibəsinin başlamasından altı il ötür.
azxeber.com xəbər verir ki, bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur.
Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləyib. Vətən müharibəsi həm də xalq-ordu-iqtidar birliyinin bütün dünyada ən nümunəvi təcəssümü kimi yadda qalıb.
Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı hərbçi isə itkin düşüb.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, hər il sentyabrın 27-də Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Sosial       Tarix: 27 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Qaradağda palçıq vulkanı püskürüb

Qaradağ rayonunu ərazisində palçıq vulkanı püskürüb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata əsasən, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb

"Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır" - QMİ

2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu keçənilkindən də tez başlayacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib. QM

Azərbaycan neftinin son qiyməti

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2.48 ABŞ dolları və ya 1,96% azalaraq 123.46 ABŞ dolları olub. Bundan əvvə

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, sentyabrın 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0348 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Laçında traktor minaya düşüb

Laçın rayonunda mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Məlumata görə

Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı

"Terminal Consultinq" MMC barəsində inzibati protokol tərtib olunub. Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət 2024-cü ildə "Avatar International Trade Co Limited" şirkətinə ehtiyat hissələrinin alınmas

Bakı bulvarı Bibiheybət və Zığa qədər uzanacaq? - RƏSMİ CAVAB

"Burada müasir şəhər parklarının rolu prizmasından yanaşma, düşünürəm ki, önəmli olardı. Müasir şəhər parkları sadəcə yaşıllıqların salındığı istirahət məkanı anlayışından kənara çıxır və özlüyündə müasir şəhərsalmad

Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı

Abşeron rayonunun Xırdalan şəhərində dostunu bıçaqlayan şəxs həbs edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Nurlan (ad-soyad şərti verilib - red.) kafedə spirtli içki qəbul etdikdən sonra əvvəllər tanıdığı Hikmətl

Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO

Gəncədə şəhərə Bakı istiqamətdən girişdə avtomobil yolunda qəza xəsarətlə nəticələnib. . Hadisə şəhərin Nizami prospektində baş verib. . Hərəkətdə olan "Kia" markalı avtomobil "Qazel" markalı maşınla toqquşub


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta bu gunun xeberleri haqqinda melumat xabarlar sou biznes