"Sürətli komandaya qarşı oynamaq asan olmadı" 

Ümumən çox yaxşı oyun alındı. Təbii ki, istərdik ki, məğlub olmayaq. Şanslarımız da var idi. Sona kimi mübarizə apardıq. Dinamik və sürətli komandaya qarşı oynamaq futbolçular üçün heç də asan olmadı.
KONKRET.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın "Atletik" klubuna 1:3 hesabı ilə məğlub olduqları III tur matçından sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O, rəqibin 90 dəqiqə ərzində təzyiq göstərdiyini bildirib: "Oyuna çox yaxşı başladıq. Yaxşı hücumlarımız oldu. Sadəcə, dəqiqlik çatmadı. Rəqibin ustalıq keyfiyyəti bizdən daha yüksək idi".
Mütəxəssis oyundan-oyuna məsuliyyətin daha da artdığını deyib: "Rəqiblər də xal qazanmaq üçün qalib gəlmək, növbəti mərhələyə adlamaq üçün şanslarını artırmaq istəyəcəklər. Hər şeyə hazır olmalıyıq. Qarşıdakı görüşlərdə daha intizamlı oynamalıyıq. Azarkeşlərimizə də bizləri tək qoymadıqlarına görə təşəkkür edirəm".
Qeyd edək ki, hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.

İdman       Tarix: 23 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. 6 oktyabr. A Liqası, II qrup. 22:45. Xorvatiya – İspaniya;. 22:45. İngiltər

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler apa.az xeberler bugünkü son xəbərlər maşın realiti şou