Sürücülər üçün VACİB XƏBƏR - Bundan sonra avtomobillərin texniki baxışı

Sürücülər üçün VACİB XƏBƏR - Bundan sonra avtomobillərin texniki baxışıNəqliyyat vasitəsini texniki baxışdan keçirmək hər bir sürücü üçün zəruri prosesdir. Əgər avtomobil yenidirsə, 4 il tam bitəndən sonra texniki baxışdan keçir.
Məsələn, 2024-cü il istehsalı olan avtomobil 2029-cü ildə texniki baxış üçün müvafiq müayinə mərkəzinə aparılmalıdır. İstehsal ilinin 4 ili tamam olmuş avtomobillər üçün 2 ildən bir, istehsal ilindən 10 il keçmiş avtomobillər üçün isə hər il texniki baxışdan keçmə zəruridir.
Qarşıdan bayram günləri gəlir. Nəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə müayinədən keçməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində yaradılan yeniliklərlə tanış olmaq üçün əraziyə yollandıq.
Oxu.Az Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzindən hazıqladığı reportajı təqdim edir:
Müayinə mərkəzləri 24 saat fasiləsiz olaraq sürücülərin ixtiyarındadır. Bizi qarşılayan Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzinin Dövlət Avtomobil müfəttişi polis mayoru Kamal Əhmədli deyir ki, mərkəzdə daha bir yenilik nəzarət ölçü cihazların tamamilə təzələnməsidir:
"Nəqliyyat vasitələrinin texniki müayinə zamanı yoxlanılması prosesi üçün yeni avadanlıqlar almışıq. Yeni avadanlıq texniki baxış zamanı sürücüləri ən çox narahat edən məsələni - avtomobilin faralarının düzgün ölçülməsini yoxlayır.
Sürücülər tez-tez faralarla bağlı onlara təqdim edilən nasazlıq haqqında məlumatlarla razılaşmırlar. Amma bu cihaz artıq bütün narazılıqlara son qoyacaq nəticə təqdim edir.
Əsas məsələlərdən biri də hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitəsini idarə edən sürücülərin texniki baxışa gələn zaman proseslərin daha da sürətləndirilməsi üçün tətbiq edilən yenilikdir.
Əvvəl, əgər nəqliyyat vasitəsinin üzərində ödənilməmiş cərimə var idisə, onu müəyyən etmək lazım idi. Avtomobili kimin idarə etdiyini müəyyənləşdirmək üçün sənədlər toplanılırdı. Çünki əvvəl bu, bizim səlahiyyətimizdə deyildi.
Artıq bu səlahiyyətlər bizə verildi. Belə ki, artıq avtomobil texniki baxışa gələn zaman üzərində tətbiq edilən cərimə qərarsızdırsa, sürücü aidiyyəti sənədləri təqdim etdikdən sonra biz cəriməni qərarlı olaraq təsdiq edirik. Sürücü isə bu cəriməni Mərkəzdə olan terminallar vasitəsilə rahat şəkildə ödəyə bilir.
Bu, yalnız hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrini idarə edən sürücülərə aiddir. Çünki fiziki şəxslərə yazılan cərimələr dərhal qərarlı olaraq sistemə keçirilir".
Texniki baxış zamanı nəqliyyat vasitəniz aşağıdakı texniki göstəricilərə sahib olmalıdır:
1. Dəm qazı
2. Şinlərin protektoru
3. Avtomobilin konstruksiyasında nəzərdə tutulubsa, brızqoviklər
4. Çatsız şüşələr
5 İşıqların saz vəziyyətdə olması
6. Təhlükəsizlik kəməri
7. İşlək əyləc sistemi
8. Yağ və ya yanacaq sızmasının olmaması.
Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantasının olması vacibdir.
Qeyd edək ki, artıq bir neçə ildir ki, paytaxtda müəyyən olunmuş vaxtlarda hərəkəti məhdudlaşdırılan yük avtomobillərinin, eləcə də günün müəyyən vaxtlarında sərnişinlərə xidmət göstərən avtobusların xidmətdən sonra texniki baxışdan keçə bilmələri üçün texniki müayinə mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilir.
Mərkəz bayram günlərində də vətəndaşlara xidmət göstərməyə davam edir.
Avtomobildə olan nasazlıqların vaxtında aşkar edilməsi yollarda təhlükəsiz hərəkətin təmini üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də, nəqliyyat vasitələrinin vaxtında texniki baxışa təqdim edilməsi vacibdir.
Avtomobil istehsal olunduğu vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, istehsal olunduğu vaxtdan on il keçdikdə - ildə bir dəfə texniki baxışdan keçirilməlidir.
Zabratda yerləşən Texniki Baxış və Müayinə Mərkəzinin Baş Dövlət Avtomobil Müfəttişi polisi mayoru Kamal Əhmədli onu da qeyd edib ki, burada texniki baxışa gələn nəqliyyat vasitələrinin əksəriyyətində qarşılaşdığımız problem əyləc sistemləri və faraların düzgün vurmaması ilə bağlı nasazlıq olur:
"Texniki Baxış və Müayinə Mərkəzindən 12 buraxılış qapısında sürücülərə xidmət edir. Hər buraxılış qapısından eyni anda 4 nəqliyyat vasitəsinin baxışı həyat keçirilir.
İlk növbədə nəqliyyat vasitəsi buraxılış məntəqəsinə daxil olarkən yanğınsöndürən, tibb çantası və qəza dayanma nişanı ilə təchiz edilməlidir.
Bütün bunlar Nazirlər Kabinetinin müvafiq qaydasına uyğun yerli-yerində olmalıdır. Yanğınsöndürən vasitə minik avtomobili üçün 2 litr, yük avtomobillərində isə 4 litr olmalıdır.
Müayinə xəttinə girən avtomobildə işlənmiş qazların xaricetmə sisteminin qaydasında olması yoxlanılır. Daha sonra nəqliyyat vasitəsinin faralarının texniki tələblərə uyğunluğu yoxlanılır.
Bu, günün qaranlıq saatlarında hərəkətdə olarkən sürücünün yolu daha rahat görməsi, nəqliyyat vasitəsini müvafiq zolaq üzrə təhlükəsiz idarəetməsinə kömək edir.
Əksər hallarda sürücülər nəqliyyat vasitələrini texniki baxışa gətirəndə avtomobilin xarici hissələrinin zədəli formada olması, təkər şinlərinin, əyləc sistemlərinin nasaz olması qeydə alınır.
Ban hissələrinin zədəli olması yoxlanılır, mühərrik, şassi nömrələrinə baxılır, texniki şəhadətnamə ilə eyniləşdirilir. Əgər nömrələr fərqlidirsə, müvafiq tədbirlər görülür".

Sosial       Tarix: 15 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu məhsulları almağa tələsməyin – Daha ucuzunu tapacaqsınız

Qara cümə (Black Friday) endirimləri zamanı elektronika, məişət texnikası və oyuncaqları daha sərfəli qiymətə əldə etmək mümkündür. Lakin hər böyük endirim real fürsət deyil və alıcılar alış-veriş zamanı diqqətli olmalıdırlar

600 mindən çox vətəndaşı əhatə edə bilər: Yeni qayda müzakirə olunur

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məşhur Məmmədov Azərbaycanda 2024-cü il ərzində təxminən 386 min fermerə kənd təsərrüfatı subsidiyalarının ödənildiyini, lakin ümumilikdə torpaq sahələrinə malik olan vətəndaşları

Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

Fermerə yeni vergi "sürprizi": 13 milyon manat üçün kəndlini niyə incidirik?

Hökumət əhaliyə "sürprizlərlə" dolu 2027-ci il hazırlayır, bəzi vergilər, rüsumlar, cərimələr yenə artır. xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib:. O bildirib ki, diqqətimi çəkən aqrar sektorl

Bahalaşan mənzillər: Bakıda kirayə haqqı niyə artır?

Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankını

Sabirabadda qaçırılan azyaşlı qız tapıldı

Sabirabadda qaçırılan azyaşlı qız tapılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis əməkdaşları onların kənd ərazisində gizləndikləri yeri müəyyən ediblər. 2011-ci il təvəllüdlü qız və 2009-cu il təvəllüdl

BDU-da nə dəyişəcək? - Kadr islahatı, imtahan sistemi…

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq. xəbər verir ki, bunu  -a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib. O qeyd edi

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib

Sahibkarlar üçün yeni güzəşt təklif edildi – Nələr dəyişəcək?

Milli Məclisin plenar iclasında çıxış edən deputat Zahid Oruc kənd təsərrüfatı, sənaye parkları, texnologiya və digər strateji sahələrə tətbiq olunan vergi güzəştlərinin ölkədə iqtisadi inkişafı stimullaşdırdığını bildirib


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda krimnal xeber bu gunun xeberleri haqqinda melumat son xeberler bu gun