Şuşaya zəfər yolu Hadrutdan başladı

Şuşaya zəfər yolu Hadrutdan başladıHadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi Cəbrayıl rayon mərkəzinin və bir sıra kəndlərin erməni işğalından azad edilməsindən sonra həyata keçirilən əməliyyat nəticəsində mümkün oldu. Hadrutun azad edilməsi Azərbaycan Ordusunun Vətən Müharibəsində imza atdığı çox uğurlu hərbi əməliyyatlardan biridir.
Qəsəbənin azad edilməsi əməliyyatından əvvəl Azərbaycan Ordusunun hissə və bölmələri Hadrut ətrafında yerləşən hakim yüksəklikləri erməni silahlılarından azad etdi. Hadrut ətrafında yerləşən yüksəkliklərdən isə Hadrut tam müşahidə altına düşdü və faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi. Bundan sonra Hadrut qəsəbəsində qalan mülki ermənilərin ziyan görməməsi şərtilə ərazi düşməndən təmizləndi.
Hadrutun azad eilməsi üzrə döyüş əməliyyatı Azərbaycan Əsgərinin mülki əhaliyə nə qədər həssaslıqla yanaşması və heç vaxt mülki əhaliyə qarşı müharibə aparmadığını sübut edən döyüşlər kimi yaddaşlarda qaldı. Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq, müharibə dövründə yalnız hərbi birləşmələrə qarşı müharibə apardı, onları məhv edərək torpaqlarımızdan qovdu.
Hadrut qəsəbəsinin azad edilməsi, Azərbaycan Ordusunun yalnız ətraf rayonları deyil, paralel olaraq Qarabağın dağlıq hissəsinin işğaldan azad etməkdə qərarlı olduğunu nümayiş etdirdi. Hadrutun itirilməsi Ermənistan cəmiyyətində narazılıqları artıracağı şübhəsiz idi. Buna görə də Ermənistan rəhbərliyi, Müdafiə Nazirliyi, digər rəsmi qurumlar və Peqov tipli ələbaxan xarici media nümayəndələri, Hadrut qəsəbəsinin Azərbaycanın nəzarətində olduğu halda, erməni xalqını uzun müddət aldatmaqda davam edirdilər. Peqovun daha əvvəl Hadrutda çəkdiyi kadrlarını paylaşanlar, Hadrutun mərkəzində Azərbaycan Bayrağını görəndən sonra da reallıqları etiraf etmirdilər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2021-ci il 9 oktyabr tarixində Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd edib: "Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik".
Rəsmi İrəvan hesab edirdi ki, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun inzibati mərkəzi idi. Ermənistan rəhbərliyi və ictimaiyyəti gördü ki, Azərbaycan üçün bütün torpaqlar doğmadır – istər Füzuli olsun, istər Cəbrayıl olsun, istər Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ermənilərə və onların havadarlarına dəmir yumruğun gücünü göstərmiş oldu. Regionda marağı olan bütün qüvvələr və Ermənistan anlamalıdır ki, Qarabağ Azərbaycandır!
Naftalan şəhər ziyalısı Möhübbət Bədəlov

Siyasi       Tarix: 13 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat cəbhədən son xəbərlər 2026 hava haqqinda son xeber