"Tabuta sığmayanlar" tamaşa-kompozisiyası nümayiş olunub – VİDEO/FOTOLAR
27 sentyabr – Anım Günü münasibəti ilə Nizami Gəncəvi adına Masallı Mədəniyyət Mərkəzinin səhnəsində Masallı, Cəlilabad Xalq Teatrlarının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə "Tabuta sığmayanlar" adlı tamaşa-kompozisiya nümayiş edilib.
Tamaşanın nümayişində Masallı Rayon İcra Hakimiyyətinin başçısı və aparatı, Hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimayəti və media nümayəndələri iştirak ediblər.
Asiya.az xəbər verir ki, jurnalist-publisist Cəfər Cəfərovun eyniadlı pyesi əsasında hazırlanan tamaşa-kompozisiya 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşən Masallı şəhidlərinə həsr edilib.
Təsirli epizotlar ilə yadda qalan kompozisiya tamaşaçıları kövrəltsə də aktyorların çıxışları zalda əyləşən izləyicilərin alqış sədaları ilə müşayiət edilirdi.
Tamaşadan sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyindən danışıb, yaradıcı heyətə uğurlar dilədi.
Xatırladaq ki, tamaşa-kompozisiyanın müəllifi Cəfər Cəfərov, rejissoru Cəmaləddin Əliyev, səhnə tərtibatı Elsevər Əliyevə aiddir.














/ azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var