Taekvondoçumuz Avropa çempionu OLDU
Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı davam edir. Yarışın ikinci günü Azərbaycan millisi üçün uğurlu alınıb.
KONKRET.az xəbər verir ki, baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi komandanın heyətində Səyyad Dadaşov (54 kq) Avropa çempionu tituluna layiq görülüb. İlk görüşdə Artyom Bulavkanı (Moldova) 2:0 hesabı ilə məğlub edən taekvondoçumuz ardınca Relja İvkoviçə (Serbiya) də eyni hesabla qalib gəlib. Dadaşov 1/8 finalda türkiyəli Haktan Can üzərində də inamlı qələbə qazanıb – 2:0. Növbəti görüşündə Tedi Likometini (Albaniya, 2:0) mübarizədən kənarlaşdıran taekvondoçu yarımfinalda Ebrahim Marvan (İsveç) ilə döyüşməli olsa da, rəqib zədə səbəbindən dayanq üzərinə çıxmayıb və Səyyad finala yüksəlib.
Həlledici döyüş kifayət qədər gərgin alınıb. Niderlandlı Milan Millla ilə qarşılaşmanı 2:1 hesabı ilə xeyrinə bitirən Dadaşov Avropa çempionatının qızıl medalına yiyələnib.
Yığmamızın aktivinə digər mükafatı Eltac Qafarov əlavə edib. 74 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz ardıcıl olaraq Ege Şaşmaztin (Türkiyə, 2:0), Xesus Serrano (İspaniya, 2:0) və Çarai Flouskounisa (Yunanıstan, 2:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qafarov finala gedən yolda serbiyalı Stefan Takovla üz-üzə gəlib. Rəqib 2:0 hesabı ilə qələbə qazandığından təmsilçimiz bürünc medala sahib olub.
Beləliklə, milli komanda 5 ildən sonra Avropa çempionatında yenidən medal qazanıb. Dadaşovun fəxri kürsünün ən yüksək pilləsinə qalxması ilə U-21-lərin yarışında isə 9 ildən sonra Azərbaycan himni səsləndirilib.
Qeyd edək ki, Avropa çempionatına sentyabrın 30-da yekun vurulacaq.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi