Taksi sürücülərinə şad xəbər - Bu qərar onlara şamil edilməyəcək
Taxoqraf cihazı şəhərdaxili taksilərə aid deyil.
azxeber.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
O qeyd edib ki, taxoqraf, beynəlxalq sərnişin və yükdaşımalara aiddir.
"Taksilərə ancaq taksometr aiddir. Əgər proqram təminatı varsa, taksometrə ehtiyac yoxdur", - deyə o əlavə edib.
Xatırladaq ki, ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkədaxili və beynəlxalq sərnişin və yük daşımaları ilə bağlı bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.
"Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliyə əsasən, qanuna analoq taxoqraf anlayışı daxil edilir. Analoq taxoqraf avtonəqliyyat vasitəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazıdır.
Bir sıra sosial şəbəkələrdə taxoqraf cihazının taksilərə də quraşdırılacağı ilə bağlı məlumatlar yayılıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır