Taksi və çatdırılma xidmətləri ilə bağlı YENİLİK

Taksi və çatdırılma xidmətləri ilə bağlı YENİLİKSürətlə inkişaf edən texnologiyalar dövründə Azərbaycanda taksi sifarişi və qida çatdırılması sahələrində dəyişikliklərin şahidi oluruq. Bunlardan biri də xidmət rüsumlarının tətbiqidir. 
Xidmət rüsumları: beynəlxalq təcrübə
Dünyada, xüsusən də meqapolislərdə taksi sifarişi və qida çatdırılması sahələrində xidmət rüsumları yenilik hesab olunmur. Nəqliyyat seqmentində fəaliyyət göstərən "Lyft", yaxud qida çatdırılması üzrə ixtisaslaşmış "DoorDash" kimi beynəlxalq şirkətlər dayanıqlı biznesi inkişaf etdirmək üçün uzun müddətdir bu mexanizmdən istifadə edirlər.
Nümunə kimi mənzillərin kirayələrinin yerləşdirilməsi üçün onlayn platforma olan tanınmış "Airbnb" şirkətini də göstərmək. Burada da xidmət rüsumu uğurla tətbiq edilir ki, bu da şirkətə göstərilən xidmətlərin keyfiyyətini təmin etməyə, həmçinin ev sahibləri ilə kirayəçilər arasında təhlükəsiz əməliyyatları həyata keçirməyə imkan verir.
Yerli kontent
Azərbaycanda da bu tendensiya geniş vüsət almaqdadır. Yerli taksi və qida çatdırılması xidmətləri daha geniş spektrli xidmətlər təqdim etmək və xidmət keyfiyyətini yaxşılaşdırmaq üçün rüsumları fəal şəkildə tətbiq edir. "Express Taxi" və "Glovo" kimi şirkətlər müştərilərə etibarlı və rahat xidmətlər göstərmək üçün bu mexanizmi tətbiq edirlər. Taksi sifarişi xidməti olan "Bolt" ötən ilin oktyabrında sərnişinlər üçün xidmət rüsumu (booking fee) tətbiq etməyə başlayıb. Belə ki, taksi sifarişi zamanı aqreqator avtomatik olaraq səfərin qiymətinə göstərilən xidmətə görə 3% komissiya rüsumu əlavə edir.
Bu yaxınlarda "Uber" və "Yango" tətbiqlərində də xidmət rüsumunun tətbiq edildiyi məlum oldu. 
Qeyd edək ki, qısamüddətli avtomobil icarəsi xidmətləri, mənzil axtarışı üzrə onlayn platformalar, təmizlik xidmətləri və s. kimi digər sahələrdə də oxşar dəyişikliklər tətbiq olunur. 
Beləliklə, Azərbaycanda taksi sifarişi və qida çatdırılması sahələrində xidmət rüsumunun tətbiqi şirkətlərin dayanıqlı və rəqabətədavamlı biznes modelləri yaratmaq istəyindən xəbər verir. Beynəlxalq təcrübənin tədqiqi bizə bu cür təcrübələrin müasir biznesin mühüm elementi olduğunu və bununla da, yüksək səviyyəli xidməti və istifadəçi məmnunluğunu təmin etdiyini müəyyən etməyə imkan verir.  / azxeber.com

Sosial       Tarix: 02 fevral 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi apa.az xeberler valyuta mezenesi zelzele