Taleh Kazımov: 'COP29 Azərbaycana 'yaşıl' maliyyənin cəlb edilməsinə müsbət təsir göstərəcək
COP29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası) Azərbaycanda dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına və xarici investorlar tərəfindən "yaşıl maliyyələşmə"nin cəlb edilməsinə müsbət təsir göstərəcək.
azxeber.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.
Mərkəzi Bank hazırladığı Dayanıqlı Maliyyə Hesabatında 2024-cü ildə iqlim dəyişmələri və ekoloji, sosial va korporativ idarəetmə (ESG) riskləri ilə bağlı hədəflərini açıqlayıb.
Bu il AMB bu sektorda aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirəcək:
- Dayanıqlı maliyyə sahəsində potensialın formalaşdırılması;
- Dayanıqlı maliyyə axınları üçün ekosistemin formalaşdırılması;
- İqlim dəyişmələri və ESİ faktorlarının risklərin idarə edilməsinə inteqrasiyası;
- Maliyyə bazarlarında şəffaflığın və bazar intizamının təmin edilməsi.
"Risklərinin idarə edilməsi potensialının artırılması və dayanıqlı maliyyə axınları üçün əlverişli ekosistemin formalaşdırılması məqsədilə çoxşaxəli və əhatəli tədbirlərin görülməsi davam etdiriləcəkdir. Bu tədbirlər beynəlxalq təcrübə və yerli maliyyə bazarları şərtləri nəzərə alınmaqla həyata keçiriləcək", - AMB bəyan edib.
"Bu hesabat həmçinin Mərkəzi Bankın dayanıqlı maliyyə üzrə görülmüş işlərə dair maliyyə sektoru, cəmiyyət və bütün aidiyyəti tərəflər qarşısında şəffaflığın təmin edilməsi məqsədini daşıyır. Mərkəzi Bank dayanıqlı maliyyə istiqamətində gördüyü işləri müvafiq aidiyyəti tərəflərlə taksonomiyanın hazırlanması, maliyyə sektorunda iqlim dəyişmələri və ekoloji risklərinin qiymətləndirilməsi, dayanıqlı maliyyə axınları üçün adekvat ekosistemin formalaşdırılması və dayanıqlılıq üzrə məlumatların açıqlanmasının dəstəklənməsi üzrə möhkəmləndirməyi hədəfləyir", - T. Kazımov bildirib.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var