"Tanımadım, haqqında məlumat toplayacam" - Rəqibləri YAP-ın seçki siyahısını dəyərləndirir

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası VII çağırış Milli Məclisə seçkilərlə bağlı öz namizədlərininin siyahısını açıqlayıb. Partiya bütün dairələr üzrə namizədlərini irəıli sürüb.
Bəs, digər partiyalar YAP-ın seçki siyahısı barədə nə düşünür?
KONKRET.az seçkilərdə iştirak edəcək partiyaların YAP-ın siyahısındakı namizədlərlə bağlı mövqeyini öyrənib:
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa YAP-ın siyahısı ilə ətraflı tanış olmadığını deyib:
"Siyahıda tanımadığım xeyli namizəd var. Açığı YAP-ın mənim dairəmdən olan namizədini tanımıram. Yaxın günlərdə onun haqqında zəruri olan informasiyaları toplayacam. Çünki seçkidə uğur qazanmağın şərtlərindən biri də rəqibləri yaxşı tanımaqdır. Rəqibləri tanımadan təbliğat-təşviqat kampaniyasında düzgün taktika seçmək mümkün deyil".
Fazil Mustafa deyib ki, hakim partiyanın siyahısının açıqlanması seçki prosesini daha da aktivləşdirəcək:
"Aəzrbaycanda real siyasi güc YAP-dır. Ona görə də bu partiyanın növbəti parlamentdə üstünlük qazanma ehtimalı böyükdür. Bu mənada digər partiyaların YAP-la bərəbər səviyyədə mübarizə aparması mümkünsüzdür. Ona görə də bu partiyanın siyahısı digər namizədlər üçün əhəmiyyət daşıyır. YAP-ın hansı namizədinin hansı dairədən olmasının ciddi mahiyyəti var. Mənim üçün də YAP-dan olan rəqibimin kimliyi çox önəmlidir. Bütün bunlara rəğmən biz seçki kampaniyası dövründə öz platformamızı seçicilərə daha təkmil formada çatdırmağa çalışacağıq. Ümid edirəm ki, bu seçkilərdə də səylərimiz boşuna getməyəcək. Bu məsələdə həm də gördüyümüz işlərə, əməlimizə arxalanırıq. Bununla belə, bu seçkidir. Hamı kimi biz də çalışacağıq ki, seçicilərin daha çox səsini qazanaq".
REAL Partiyasının sədr müavini Natiq Cəfərli YAP-ın namizədlər siyahısı ilə ilkin olaraq tanış olduğunu bildirib:
"Namizəd olacağım dairədən YAP-ın irəli sürdüyü namizədini tanımadım. Ona görə də həmin şəxs barədə heç nə deyə bilmərəm. Hesab edirəm ki, bu dairədə əsas mübarizə Zahid Orucla mənim aramda gedəcək".
Ağ Partiyanın başqanı Tural Abbaslı isə bunları deyib:
"YAP-ın siyahısı ilə tanış olduq. Siyahıda ənənəvi adlar yenə qalıb. Amma xeyli sayda yeni adlar da var. Ümumilikdə isə YAP-ın siyahısında böyük dəyişiklik görmədik. Mənim YAP-dan olan rəqibimə gəldikdə isə deyə bilərəm ki, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsində rəqibim Məlahət İbrahimqızıdır. Tanıdığımız rəqibdir. Biz öz mübarizəmizi aparacağıq. Zatən ötən seçkidə də Məlahət xanımla rəqib idik. Əminəm ki, bu dəfə qalib biz olacağıq".
Natiq Səlim
KONKRET.az

Siyasi       Tarix: 17 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər maşın realiti şou son xeber 2026 en son xəbərlər bugün