Tanınmış idmançı ana oldu 

Tanınmış idmançı ana oldu Kamandan oxatma üzrə Azərbaycan çempionu Yaylagül Ramazanova oktyabrın 1-də övladını dünyaya gətirərək ana olub.
KONKRET.az xəbər verir ki, bununla bağlı Azərbaycan Kamandan Oxatma Federasiyası idmançıya təbrik ünvanlayıb. Təbrikdə deyilir:
"Yaylagül Ramazanova son illər ərzində oxatma idman növündə qazandırdığı nailiyyətlər və nümayiş etdirdiyi peşəkarlıqla nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük rəğbət qazanmış idmançıdır. Təkcə "Paris-2024"də olimpiadaya lisenziya qazanan ilk azərbaycanlı oxatan kimi çətin fiziki durumuna rəğmən əzmlə mübarizə aparması bütün dünyanın diqqətini cəlb edərək, beynəlxalq aləmdə ona böyük nüfuz qazandırdı.
23-25 avqust tarixlərində Bakıda keçirilən Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatında da o, ən yüksək nəticə göstərərək, qızıl medala yiyələnməklə oxatmada qadınlar arasında liderliyini bir daha nümayiş etdirməyə müvəffəq oldu.
Güclü iradəsi, əzmi və bacarığı ilə yeni nəsil idmançılara əsl nümunə olan Ramazanovanın gələcəkdə oxatmada daha böyük nailiyyətlərə imza atacağına ümidimiz sonsuzdur.
İdmançımızı ana olmaq şərəfinə nail olması münasibətilə Azərbaycan Kamandan Oxatma Federasiyasının kollektivi adından səmimi qəlbdən təbrik edir, şəxsi həyatında və idman karyerasında bol müvəffəqiyyətlər arzulayırıq".
Xatırladaq ki, idman karyerası dövründə bir çox yerli və beynəlxalq əhəmiyyətli yarışların mükafatçısı olan Y.Ramazanova 2015-ci ilin iyun ayında I Avropa Oyunlarında mübarizə aparıb. Ölkəmizi 2019-cu ildə Dünya Çempionatında, 2016, 2018, 2021 və 2022-ci illərdə isə Avropa çempionatlarında təmsil edib. Müxtəlif illərdə bir neçə dəfə Azərbaycanda keçirilən ölkə çempionatlarının qızıl medalını qazanıb. Y.Ramazanova kamandan oxatma növündə olimpiadaya lisenziya əldə edən ilk azərbaycanlı kimi adını idman tariximizə yazdıra bilib.
KONKRET.az

İdman       Tarix: 02 oktyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler cəbhədən görüntülər cəbhədən son məlumat xabarlar