Tanınmış jurnalist Atababa Hacıbabayev vəfat etdi
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Ədəbiyyat qəzeti"nin məsul katibi Atababa Hacıbabayev vəfat edib.
Bu barədə KONKRET.az-a Mətbuat Şurasından bildirilib.
Atababa İsmayıl oğlu Hacıbabayev 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 1966-cı ildən başlayaraq mətbuatda bədii əsərlərlə, resenziyalarla, araşdırmalarla və digər janrlı yazılarla çıxış edib. Ömrünün 35 ilini "Ədəbiyyat qəzeti"nə həsr edib.
A.Hacıbabayev çoxsaylı kitabların, tədris proqramlarının müəllifi və redaktoru, həmçinin televiziya və radio verilişlərinin müəllifi olub. Söz sənətində çoxşaxəli fəaliyyət diapazonu ilə seçilib, zəhmətsevərliyi ilə oxucuların, sənət adamlarının dərin rəğbətini qazanmış jurnalist peşəkar teatrşünas, yumorist, pedaqoq və tərcüməçi kimi də tanınıb.
Allah rəhmət eləsin!

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır