Tarlada tonlarla məhsul məhv olur, bazarda qiymətlər rekord qırır - Kimdir günahkar?

Tarlada tonlarla məhsul məhv olur, bazarda qiymətlər rekord qırır - Kimdir günahkar?Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti bazarlarda rekord həddə yüksəlsə də, fermerlərin bir çoxu məhsulunu sata bilmədiyi üçün tonlarla meyvə-tərəvəzin tarlalarda çürüdüyünü bildirir. Xüsusilə, yay mövsümündə məhsul bolluğuna baxmayaraq həm istehlakçının baha qiymətdən şikayət etməsi, həm də kəndlinin ziyana düşməsi ciddi suallar doğurur. Bəs kəndlinin məhsulu alıcısız qalıb məhv olursa, bazarda qiymətlər niyə ucuzlaşmır? Bu ziddiyyətin əsas məsuliyyəti kimlərin üzərinə düşür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, bu problemin yaranmasının bir neçə əsas səbəbi var.
Tarlada tonlarla məhsul məhv olur, bazarda qiymətlər rekord qırır - Kimdir günahkar?Onun sözlərinə görə, fermerlərin məhsullarını birbaşa şəkildə şəbəkə marketlərinə və iri satış məntəqələrinə çıxarmaqda ciddi çətinlikləri mövcuddur:
"Bəzən onların məhsulları marketlərin tələblərinə cavab vermir. Bəzi hallarda isə istehsal həddindən artıq çox olur və təklif tələbi üstələyir.
Vasitəçilər fermerdən məhsulu çox ucuz qiymətə alırlar. Daha sonra nəqliyyat, daşınma və saxlanma xərclərini əlavə edərək məhsulu şəhərlərdə daha baha qiymətə satışa çıxarırlar. Bu da bazarda qiymətlərin süni şəkildə bahalaşmasına səbəb olur".
Ekspertin fikrincə, soyuq anbar çatışmazlığı da kəndlinin əsas problemlərindən biridir:
"Bu gün meyvə və tərəvəzlərin soyuq anbarlarda saxlanılması ilə bağlı ciddi problemlər var. Məhsul düzgün şəraitdə saxlanılmadığı üçün həm itki artır, həm də qiymətlər bahalaşır.
Artıq şəbəkə marketlərinin sayı ənənəvi bazarlardan daha çoxdur. Bu da onların qiymətləri müəyyənləşdirməkdə üstün mövqe qazanmasına şərait yaradır".
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 23 may 2026
f Paylaş

Oxşar xəbərlər

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

"Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər" – Fazil Mustafa

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Mövzu ilə bağlı -a danışan deputat Fazil Mustafa bildirib ki, nikah və boşanmaların sayındakı dəyişikliklər bir sıra sosial amillərlə əlaqəlidir

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026