TƏBİB: "Ağstafada arı sancmasından ölən gəncə heç bir iynə vurulmayıb"
Ağstafada qonaq olan Şəmkir rayon sakinini arı vurması ilə bağlı 09 iyul tarixində saat 18:00 radələrində Təcili Tibbi Yardıma (TTY) çağırış daxil olub.
KONKRET.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən xəbərə görə, TTY briqadası 18:07 radələrində həmin ünvanda olarkən vətəndaşın hadisə yerində öldüyü məlum olub.
Vətəndaşa həkimlər tərəfindən heç bir iynə vurulmayıb. Hadisə barədə rayon hüquq mühafizə orqanlarına anında məlumat verilib.
Daha sonra vətəndaşın nəşi aidiyyəti üzrə araşdırılması üçün Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Oradan meyit basdırılması üçün ailəsinə verilib.
Bir gün meyitdə həyat əlamətləri zənn edən ailə üzvləri meyiti Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparıblar.
Orada da bioloji ölüm təsdiq olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə Ağstafada arı vurması nəticəsində öldüyü zənn edilən 24 yaşlı gənc İlqar Qəhrəmanovun dəfn edilən zaman ayıldığı iddia olunur.
Ancaq ona əvvəlcdən "meyit şişməsin deyə" iynə vurulduğu üçün, ayılandan sonra iynənin təsirindən bu dəfə xəstəxanada həqiqətən ölüb.
Turlar.az [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu