Təbii oynaqların süni oynaqlarla əvəz olunması yaxşıdır?
"Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu olaraq diz və bud-çanaq oynağının süni oynaqla əvəz olunmasını oynaqların ağrı, hərəkət və fiziki funksiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdıran cərrahi əməliyyatlardan hesab edirik".
KONKRET.az lent.az-a istinadən bildirir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan "Sağlam radio"da Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Baş direktorun müavini – baş həkim Nizami Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, xüsusilə yaşlılarda əhəmiyyətli dərəcədə əlilliyə səbəb olan bu xəstəliklər həm oynaqların tutulmasına, həmçinin də oynaqların funksional pozğunluğa gətirib çıxarır:
"Bu, gecikmiş mərhələlərdə xəstələrdə yerimə qabilliyətinin itirilməsinə və həyat keyfiyyətinin pozulmasına səbəb olur. Oynaqların süni oynaqla əvəz olunması xəstələr üçün müalicənin son mərhələsi kimi tanınır".
N.Məmmədov bildirib ki, oynaqların süni oynaqla əvəz edilməsindən sonra xəstələrin funksional nəticələrinin qiymətləndirilməsi çox vacibdir:
"Müxtəlif ölkələrdə aparılan tədqiqatlara əsasən, əməliyyatdan sonra xəstələrin həyat keyfiyyətinə yaş, cins, əlavə xəstəliklər, bədən kütləsi indeksi və s. kimi müxtəlif amillərdən asılı olduğu müəyyən edilib. Əlavə olaraq qeyd edim ki, sağlamlıqla əlaqəli həyat keyfiyyətinin qiymətləndirilməsi üçün müxtəlif şkalalar mövcuddur".

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu