TƏCİLİ: Paşinyana sui-qəsdə cəhd edildi - HƏBS olunanlar var
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlayan Mger Mirzoyan barəsində həbs qətimkan tədbiri seçilib.
KONKRET.azMusavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, aparılan ilkin istintaq hərəkətləri zamanı baş nazirin qətlini planlaşdıran şəxslərdən birinin kimliyi dəqiq müəyyən edilib.
İstintaqın rəsmi məlumatına görə, 2024-cü ildən bəri xarici ölkələrdən birində yaşayan M.Mirzoyanın ən azı 4 nəfərdən ibarət qrupun tərkibində Ermənistan baş nazirini siyasi və dövlət fəaliyyətinə görə qətlə yetirmək məqsədilə gizli plan qurduğuna dair əsaslı şübhələr yaranıb. Dəstə üzvlərinin cinayəti törətmək üçün lazımi vasitələr əldə etdiyi və ciddi hazırlıq işləri gördüyü aşkar edilib.
Məlumata görə, xüsusi geyim və maskalar taxan təqsirləndirilən şəxslər Nikol Paşinyanı hədələyən videoçarx hazırlayaraq internetdə yayıblar. Bundan əlavə, həmin qrupun seçkiqabağı təşviqat kampaniyasına da qanunsuz şəkildə mane olduğu bildirilir.
Faktla bağlı M.Mirzoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə (bir qrup şəxs tərəfindən dövlət və siyasi fəaliyyəti ilə əlaqədar qəsdən adam öldürməyə hazırlıq və təşviqatın aparılmasına mane olma) cinayət işi açılıb, cinayətkar şəbəkənin digər üzvlərinin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA