Tehrandakı səfirliyimizə hücum edən şəxsin edamına hazırlıqlar TAMAMLANDI

Tehrandakı səfirliyimizə hücum edən şəxsin edamına hazırlıqlar TAMAMLANDIAzərbaycanın Tehrandakı Səfirliyinə hücum törədən İran İslam Respublikasının vətəndaşı Yasin Hüseynzadənin edamı barədə hökmün icrası üçün məhkəmə sistemində bütün hazırlıq işləri aparılıb.
KONKRET.azxəbər verir ki, bu barədə "Report" İRNA-ya istinadən məlumat yayıb.
İranın məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədənin şəxslə bağlı hökm barədə sualı cavablandırarkən qeyd edib ki, yekun hökm var.
"Hökmlərin icrası qaydasında adıçəkilən şəxsə qarşı qisas qərarının icrası üçün bütün hazırlıqlar və proses hazırlanıb, məhkəmə sistemi bu hökmü icra etməyə hazırdır", – o bildirib.
Xatırladaq ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli "Rəşadət" ordeni ilə, İmanov Mahir Kamil oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub.
İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.
Terror aktını törədən Yasin Hüseynzadənin isə iki il ərzində məhkəməsi keçirilib. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.

Hadisə       Tarix: 28 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır

Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb. oxuaz-a istinadən xəbər verir ki, deputatın qız

Mərdəkan şosesində qəza: Su maşını "Range Rover"lə toqquşdu

Bu gün Mərdəkan şosesində, Hava Limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza zamanı su daşıyan 77-RP-128 dövlət qeydiyyat nişanlı yük maşını ilə "Range Rover" markalı mini

"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü

Qazaxda "KamAz"ı dəmir maneələrə çırpan sürücü ölüb. KONKRET.azxəbər verir ki, hadisə rayonun Yuxarı Daşsalahlı kəndində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov "KamAz" markalı avtomobil

Arvadının vurduğu iynədən şoka düşərək ölən kişi rəis imiş

Xəbər verdiyimiz kimi, Lənkəran rayonunda 56 yaşlı Rasim Qasım oğlu Qasımov iynədən şoka düşərək ölüb. oxuaz-a istinadən xəbər verir ki, R.Qasımov vəzifəli şəxs imiş. Belə ki, o, "Azərişıq" ASC-nin idarələrini

Nəvəsinin andiçməsindən sonra itkin düşən babanın meyiti tapıldı

Noyabrın 8-də Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimində iştirak etdikdən sonra itkin düşən Mirzəcan Səmid oğlu Hüseynovun meyiti tapılıb. KONKRET.azxəbər verir ki, "Qafqazinfo"nu

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib.  "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun anası Yavər xanım 86 yaşında vəfat edib. Mərhum bu gün Ağcabədi rayonund

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərinin yaxınlığında kiçik təyyarə qəza uğrayıb. "Bild" qəzetinə istinadla xəbər verir ki, təyyarə qəzadan sonra avtomobil yoluna düşüb. Hadisə nəticəsind

Bakıda baş redaktor həbs edildi - Foto

Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib. KONKRET. -a istinadla xəbər verir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul almas

Mask yenə Ukrayna ordusuna maneə yaratdı

"Starshield"in tətbiq etdiyi məhdudiyyətlər Ukrayna hərbçilərinin bütün əməliyyatlarının həyata keçirilməsinə mane olur. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Məlumat


yeni xeberler azerbaycan xeberleri son xeberler futbol xeberleri xəbər.az metbuat xeberleri son xabarlar