Telefonunuzu hamama aparmayın - TƏHLÜKƏLİDİR
Bir çox insan duş alarkən musiqi dinləməyə və ya videolar izləməyə adət edib. Bunun üçün də əksər hallarda telefonlar hamama aparılır. Lakin bu sadə görünən bir vərdiş deyil, çünki telefonunuz üçün ciddi təhlükə yarada bilir.
KONKRET.az xəbər verir ki, telefonların suya davamlı olduğu düşünülsə də, əsl problem su damcıları deyil. Əsas təhlükə hamamda yaranan buxar və nəmin telefonun dərin qatlarına sızmasıdır. Bu nəm cihazın daxili mexanizmlərinə ziyan vurmaqla yanaşı, qoruyucu (kabura) daxilində kif və göbələk yaranmasına səbəb olur.
Təhlükə tək kif deyil
Telefonunuz suya davamlı olsa da, daxili mikrosxemlər nəmdən təsir görərək korlana bilir. Xüsusilə dəri qoruyucular daha təhlükəlidir, çünki dəri təbii və məsaməli materialdır, nəmi asanlıqla sovurur və kif yaranması üçün ideal mühit yaradır.
Sağlamlığınız təhlükə altında ola bilər
ABŞ-nin Çevrənin Mühafizəsi Agentliyinin (EPA) məlumatına görə, kif istənilən yerdə yaranır. Zəhərli kifə məruz qalmaq öskürək, asqırma, burun axması, astma və sərhədlənən tənəffüs problemlərinə yol aça bilir.
Nə etmək lazımdır?
Telefonunuzu duş alarkən hamama aparmayın;
Telefon qoruyucunuzu (kabura) mütəmadi təmizləyin;
Hamamda havalandırma sistemindən istifadə edin./yenisabah
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var